Yerüstü yayımın təmin olunması və siqnalın ötürülməsi ilə əlaqədar xidmət haqlarının yeni tarifləri müəyyənləşib
FED.az xəbər verir ki, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası qərar imzalayıb.
Kollegiya yerüstü yayımın təmin olunması və siqnalın ötürülməsi ilə əlaqədar xidmət haqları üzrə tarifləri təsdiq edib.
Hüquq şöbəsinə bu qərarın qəbul edildiyi gündən üç gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etmək tapşırılıb.
Qərar Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.