Rusiyanın "R-Pharm" Şirkətlər Qrupunun təsisçiliyi ilə Bakıda yeni fəaliyyətə başlayan “R-Pharm” MMC ölkə başçısının koronavirusla mübarizəyə dəstək çağırışına qoşulub.
FED.az xəbər verir ki, "R-Pharm" MMC Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanı ilə yaradılmış “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na 30 min manat vəsait köçürüb.
Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydasında göstərilib ki, Fondun vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.