Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner

Dövlət

  1. Ana səhifə
  2. Dövlət
  1. Dövlət

Prezident İlham Əliev Talış kəndindən - XALQA MÜRACİƏT ETDİ - TAM MƏTN

Prezident İlham Əliev Talış kəndindən - XALQA MÜRACİƏT ETDİ - TAM MƏTN | FED.az
15:50 18 Mart 2023

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonuna səfər ediblər. 

FED.az xəbər verir ki, dövlət başçısı Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası yolunun açılışında iştirak edib. 

Prezident İlham Əliyev,  Mehriban Əliyeva və Arzu Əliyeva Suqovuşan qəsəbəsində orta məktəb binasında yaradılan şəraitlə tanış olub, yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər. Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri, su anbarı boyunca yaradılan turizm infrastruktur obyektlərinin tikintisi ilə də tanış olublar.

Bundan sonra İlham Əliyev və ailə üzvləri Tərtər rayonunun Talış kəndinə gəlib, burada kəndin Baş planı ilə tanış olub, inzibati binada, uşaq bağçasında, tam orta məktəbdə yaradılan şəraitə baxıblar.

Sonra dövlətimizin başçısı Talış kəndində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib.

Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciəti

- Əziz bacılar və qardaşlar.

Sizi qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Üçüncü dəfədir ki, Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarabağ diyarından deyirəm. Bu, böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsini bu gün biz hörmətlə yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman Azərbaycan hərbçilərini buradan səmimiyyətlə salamlayıram. Onların canı-qanı bahasına biz doğma torpaqlarımıza qayıtmışıq.

İkinci Qarabağ müharibəsi dövründə bütün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Bütün Azərbaycan xalqını bir daha salamlayıram. Bütün Azərbaycan xalqına yeni-yeni uğurlar, yeni qələbələr arzulayıram!

Otuz ilə yaxın müddət ərzində torpaqlarımız işğal altında idi. Ermənistan xalqımıza qarşı etnik təmizləmə siyasəti aparırdı. Yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından didərgin salınmış, qaçqın, köçkün vəziyyətinə düşmüşdür. Xalqımıza qarşı soyqırımı törədilmişdir, ədalətsizlik törədilmişdir, hərbi cinayətlər törədilmişdir. Biz bunu heç vaxt unutmayacağıq. Biz bunu heç vaxt unutmamalıyıq.

Biz otuz il ərzində işğalla bağlı bütün beynəlxalq təşkilatlarda öz haqq səsimizi ucaltmışdıq. Ancaq əfsuslar olsun ki, bizim sözümüzə reaksiya verən qurum tapılmadı. Əksinə, Qarabağ münaqişəsi ilə məşğul olmuş vasitəçilər məsələni həll etməyə yox, dondurmaq üçün səylər göstərirdi. İndi İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində əldə edilmiş yeni məlumatlar bunu bir daha təsdiqləyir.

Biz öz haqqımızı, öz hüquqlarımızı döyüş meydanında bərpa etdik. Qırx dörd gün ərzində mənfur düşməni torpaqlarımızdan qovduq və Qarabağda Azərbaycan Bayrağını ucaltdıq. Bu, çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifəsidir. Qırx dörd gün ərzində Azərbaycan xalqı ordumuzun arxasında dayaq kimi, yumruq kimi birləşdi. Biz işğal edilmiş torpaqları qan tökərək azad etdik.

Əfsuslar olsun ki, bu gün İkinci Qarabağ müharibəsinin ibrət dərsi Ermənistana hələ ki, dərs olmayıb. Çünki biz görürük ki, Ermənistanda revanşist qüvvələr baş qaldırıb. Ermənistanda yenə də Azərbaycana qarşı, Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları qaldırılır. Biz Ermənistan rəhbərliyini bu çirkin əməllərdən çəkindirmək üçün xəbərdar edirik. Ermənistanın arxasında dayanan bəzi ölkələri də bax, buradan – azad edilmiş Talış kəndindən xəbərdar edirik ki, əl çəkin bu çirkin əməllərdən. Azərbaycan dövlətinin, xalqının iradəsinə heç bir kənar qüvvə təsir edə bilməz.

Otuz il ərzində Ermənistan və onun havadarları, onun arxasında duran müttəfiqləri bizi haqq işimizdən çəkindirmək üçün müxtəlif imkanlardan, müxtəlif vasitələrdən istifadə etməyə çalışırdılar, bizi mənasız danışıqlarla yormaq istəyirdilər, bizi işğalla barışdırmaq istəyirdilər.

İşğal dövründə Ermənistanla əməkdaşlığa başlamaq üçün nə qədər səylər göstərilmişdir. Azərbaycan xalqı və Azərbaycan dövləti güclü iradə göstərərək bütün bu cəhdləri dəf etmişdir. Çünki bizim işimiz haqq işidir. Mən işğal dövründə dəfələrlə deyirdim ki, əgər məsələ sülh yolu ilə həll olunmasa, biz müharibə yolu ilə öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik. Görün, Ermənistan rəhbərliyi nə qədər azğınlaşmışdır ki, “Qarabağ Ermənistandır və nöqtə” sözlərini deyərək, Azərbaycan xalqının haqlı hüququnu əlimizdən almaq istəyirdi. Əfsuslar olsun ki, Ermənistanın arxasında dayanan qüvvələr, o cümlədən ovaxtkı Minsk qrupuna həmsədrlik edən ölkələr bu bəyanata heç bir reaksiya verməmişdilər. İndi Azərbaycan öz doğma torpaqlarını azad edəndən sonra görün, bizə qarşı nə qədər ədalətsiz addımlar atılır, nə qədər çirkin əməllər törədilir. Erməni havadarları, Ermənistanın işğalçılıq siyasətinə şərik olan ölkələr bizə qarşı informasiya müharibəsi elan ediblər. Bəzi ölkələrdə Azərbaycanın daxili işləri ilə bağlı hansısa konfranslar, simpoziumlar təşkil edirlər. Bəzi ermənipərəst ölkələr dünya xəritəsində olmayan, Azərbaycanın ərazisində mövcud olmayan dırnaqarası “Dağlıq Qarabağın müstəqilliyini” tanıyırlar. Bu, nə deməkdir? O deməkdir ki, işğal dövründə bütün bu qüvvələrin yeganə amalı bu işğalı əbədiləşdirmək idi. Bu münaqişəni həll etmək yox, dondurmaq idi.

İkinci Qarabağ müharibəsi dövründə bizə qarşı nə qədər təzyiqlər oldu, Ermənistana nə qədər yardımlar göndərildi. Hər gün silahlarla dolu bir neçə yük təyyarəsi göndərilirdi, xarici ölkələrdən muzdlular göndərilirdi. Ermənistanın müttəfiqləri bizi müxtəlif yollarla dayandırmağa çalışırdılar. Heç kim bizim qabağımızda dura bilmədi. Mən demişdim ki, öldü var, döndü yoxdur, ya Qarabağın azadlığı, ya ölüm! Heç kim bizim qabağımızda dura bilmədi, bu gün də dura bilmir, sabah da dura bilməyəcək. Əgər kimsə fikirləşir ki, bizə qarşı cızılmış çirkin planlar həyata keçə bilər, səhv edir. Bizə qarşı hər bir çirkin plana bizim güclü iradəmiz, güclü siyasətimiz, müzəffər Ordumuz cavab verəcək.

“Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan rəhbərliyi bu gün görün nə deyir. Bu gün deyir ki, bizə imkan verin 29 min kvadratkilometr ərazidə biz yaşayaq. Bunu işğal dövründə niyə demirdi? İşğal dövründə nə üçün bizim işğal edilmiş bütün torpaqları dırnaqarası “Dağlıq Qarabağ respublikası” adı altında birləşdirməyə cəhd göstərmişdilər, kitablar dərc edilirdi. Bu çirkin əməllərə, bu qanunsuz əməllərə göz yuman beynəlxalq təşkilatlar, bəzi ermənipərəst ölkələr nə üçün o vaxt Ermənistana irad tutmurdular? Biz nə qədər ikili standartlarla üzləşməliyik? Biz nə qədər riyakarlıqla üzləşməliyik?

İndi biz öz torpağımızı, beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərini güc tətbiq edərək azad etmişik, BMT Nizamnaməsinə uyğun şəkildə öz ərazi bütövlüyümüzü təmin etmişik, düşməni qovmuşuq, Ermənistan ordusunu məhv etmişik, diz çökdürmüşük. Bu, bizim haqlı vəzifəmizdir. Bu gün biz qurub-yaradırıq. O cümlədən burada, Talış kəndində, Suqovuşan qəsəbəsində, Hadrutda, Şuşada, bütün başqa azad edilmiş torpaqlarda qurub-yaradırıq. Ermənistan bu əraziləri viran qoyub, talan edib. Otuz il ərzində daşları bir-bir söküb həm Ermənistanda, həm də ki, Ermənistanın qonşu ölkəsində bazarlarda satdırıb. Biz isə qurub-yaradırıq.

Görün, Talış kəndinin yenidən qurulmasına başlanmasından hələ bir il keçməyib. Artıq Talış kəndinə 20 ailə qayıdıbdır və 180-ə yaxın ailə qayıdacaqdır. Bu gündən bir il keçmədən Talış kəndində 180-ə yaxın ailə yaşayacaq. Bu ailələr üçün bütün imkanlar yaradılıb. İndi hər kəs görə bilər nə gözəl evlər, məktəb, uşaq bağçası, ictimai binalar tikilib, məşğulluq üçün şərait yaradılıb. Biz qurub-yaradan xalqıq. Ermənistandan fərqli olaraq, biz öz ərazimizdə qurub-yaradırıq.

Bu gün “Qarabağ Ermənistandır və nöqtə” deyən, bizi yeni müharibə ilə hədələyən Ermənistan bilmir hansı qanadın altında özünə yeni himayədar tapsın. Bütün dünyaya öz satqınlığını, nankorluğunu bir daha göstərir. İndi özü üçün yeni ağa axtarışındadır. Bilmir kimin ayağının altına yıxılsın. Bunun heç bir xeyri olmayacaq. Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var – bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır. Ancaq o təqdirdə onlar 29 min kvadratkilometr ərazidə, - hansı ki, indi onlar ancaq bunu istəyirlər, - rahat yaşaya bilərlər. Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə olacaq, bunu Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər. Yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək. Bizim həm gücümüz var, həm dostlarımız var, dünyada güclü mövqelərimiz var və güclü iradəmiz var. Müharibə dövründə və müharibədən sonrakı dövrdə biz bunu nümayiş etdirmişik.

Talış kəndi 2020-ci il oktyabrın 3-də azad edilmişdir. İkinci Qarabağ müharibəsi başlayandan bir həftə sonra qan tökərək biz artıq Talış kəndini azad etdik, eyni zamanda, Suqovuşan qəsəbəsini azad etdik.

İkinci Qarabağ müharibəsi dövründə o hərbi əməliyyatın çox böyük əhəmiyyəti var idi. Çünki biz öz azadlıq savaşımızı müxtəlif istiqamətlərdə aparırdıq, o cümlədən bu istiqamətdə. Ona görə bu istiqamətdə əldə edilmiş uğurlar müharibənin gələcək gedişatı üçün çox böyük önəm daşıyırdı, eyni zamanda, ordumuzun və xalqımızın mənəvi ruhunu da yüksəldirdi. Çünki Talış kəndinin strateji əhəmiyyəti hər kəsə bəlli idi.

Biz 44 gün ərzində ancaq irəli gedirdik, bir gün belə geri addım atmadıq. Biz 44 gün ərzində döyüş meydanında Azərbaycan xalqının gücünü və yüksək mənəvi keyfiyyətlərini göstərmişdik. Bir nəfər də olsun bizim ordumuzdan qaçan olmamışdır. Ermənistan ordusunda son məlumata görə 10 min yox, 11 min fərari olmuşdur. Bunu onlar yaddan çıxarmasınlar və yaddan çıxarsalar, biz onların yadına salacağıq. İkinci Qarabağ müharibəsinin nəticələrini heç kim yaddan çıxarmasın. Yeni reallıqları hər kəs qəbul etməlidir. Bizim torpaqlarımızın 30 il ərzində işğal altında olmasını heç kim yaddan çıxarmamalıdır və gələcək sülh müqaviləsi üçün bu önəmli amillər hər kəsin beynində olmalıdır. Çünki biz bəzi hallarda görürük, sanki heç müharibə olmayıb, sanki işğal olmayıb, sanki Ağdamı “Qafqazın Xirosimasına” döndərən olmayıb. Bunu unutmaq və bizə unutdurmaq istəyirlər. Bu, heç vaxt olmayacaq. İşğal reallıqları, müharibə reallıqları, postmüharibə reallıqları sülh danışıqlarında öz əksini tapmalıdır və tapacaq. Əks təqdirdə, heç bir sülh müqaviləsi olmayacaq. Ermənistana lazım deyilsə, bizə də lazım deyil. Ondan sonra görək, baxaq bunun axırı nə olacaq?!

Biz bu gün doğma Qarabağ torpağında, doğma Zəngəzur torpağında dayanmışıq və burada əbədi yaşayacağıq. Azərbaycan xalqı haqlı olaraq qürur hissi ilə yaşayır. Bizim hər birimiz, xaricdə yaşayan azərbaycanlılar da daxil olmaq şərtilə iki il yarım müddət ərzində qürur hissi ilə yaşayırıq. Hər kəsə, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq və ərazi bütövlüyünü öz gücümüzə bərpa edən ölkə kimi bundan sonra da ancaq və ancaq irəliyə gedəcəyik. Necə ki, Vətən müharibəsində 44 gün ərzində irəliyə getmişiksə, müharibə başa çatandan sonra bütün sahələr, bütün istiqamətlər üzrə irəliyə gedirik və gedəcəyik.

Mən əziz xalqımı qarşıdan gələn Novruz bayramı münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm, bir daha çıxışımı məşhur olan sözlərlə tamamlamaq istəyirəm: “Qarabağ Azərbaycandır!”.

x x x

Daha sonra Prezident İlham Əliyev, Mehriban Əliyeva və qızları Arzu Əliyeva Klub icma mərkəzində yaradılan şəraitlə tanış olub, kənd sakinləri ilə görüşüb söhbət ediblər.

Banner
Banner
Paylaş

Digər xəbərlər

Azərbaycan ermənilərin gizli silah daşıdığı yolları kəsən kimi - Şarl Mişel narahat olub İlham Əliyevə zəng etdi
Dövlət 25 Mart 2023
Azərbaycan ermənilərin gizli silah daşıdığı yolları kəsən kimi - Şarl Mişel narahat olub İlham Əliyevə zəng etdi
XİN Laçın dəhlizi ilə bağlı - BƏYƏNAT YAYDI
Dövlət 25 Mart 2023
XİN Laçın dəhlizi ilə bağlı - BƏYƏNAT YAYDI
Düşmənin Füzuli istiqamətində səngər qazmasının qarşısı alınıb
Dövlət 25 Mart 2023
Düşmənin Füzuli istiqamətində səngər qazmasının qarşısı alınıb
Daha xəbərdarlıq olmayacaq!  - Ordumuz hansı yolları nəzarətə götürdü?
Dövlət 25 Mart 2023
Daha xəbərdarlıq olmayacaq! - Ordumuz hansı yolları nəzarətə götürdü?
Azərbaycan Ordusu Laçında zəruri nəzarət tədbirləri həyata keçirdi
Dövlət 25 Mart 2023
Azərbaycan Ordusu Laçında zəruri nəzarət tədbirləri həyata keçirdi
Azərbaycan Ermənistanda yaşayan azərbaycanlılarla bağlı Paşinyanın bəyanatına - CAVAB VERİB
Dövlət 24 Mart 2023
Azərbaycan Ermənistanda yaşayan azərbaycanlılarla bağlı Paşinyanın bəyanatına - CAVAB VERİB
İqtisad Universiteti - UNEC dünya reytinqində - 501-Cİ YERƏ YÜKSƏLİB
Dövlət 23 Mart 2023
İqtisad Universiteti - UNEC dünya reytinqində - 501-Cİ YERƏ YÜKSƏLİB
Apreldə qeyri-iş günləri açıqlandı - 12 GÜN İŞ OLMAYACAQ
Dövlət 22 Mart 2023
Apreldə qeyri-iş günləri açıqlandı - 12 GÜN İŞ OLMAYACAQ
Azərbaycan Türkiyənin dağılan ərazilərinin bərpasına - 100 MİLYON DOLLAR AYIRDI
Dövlət 22 Mart 2023
Azərbaycan Türkiyənin dağılan ərazilərinin bərpasına - 100 MİLYON DOLLAR AYIRDI
“Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa - Biz də onların ərazi bütövlüyünü tanımayacağıq”
Dövlət 18 Mart 2023
“Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa - Biz də onların ərazi bütövlüyünü tanımayacağıq”
Milli Məclis hökumətin hesabatını - TƏSDİQ ETDİ
Dövlət 17 Mart 2023
Milli Məclis hökumətin hesabatını - TƏSDİQ ETDİ
Prezident icra başçısını vəzifədən azad etdi - SƏRƏNCAM
Dövlət 17 Mart 2023
Prezident icra başçısını vəzifədən azad etdi - SƏRƏNCAM
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Yevlaxda da ucuz qiymətə evlərin tikintisi başlayır – MİDA TENDERƏ YEKUN VURDU
    14:22 26 Mart 2023
  • Bayram tətilindən sonra ilk iş günü üçün - HAVA PROQNOZU
    13:00 26 Mart 2023
  • "PASHA Bank" çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
    22:03 25 Mart 2023
  • "AzeriMed" QSC işçilər axtarır - MAAŞ - 400-450-500-600-1000-1500 MANAT - VAKANSİYALAR
    20:54 25 Mart 2023
  • "Export From Japan" işçi axtarır - MAAŞ 1200 MANAT - VAKANSİYA
    20:48 25 Mart 2023
  • "Camal LTD" işçilər axtarır - MAAŞ 600-800-1000-1200 MANAT - VAKANSİYALAR
    20:42 25 Mart 2023
  • Azərbaycan ermənilərin gizli silah daşıdığı yolları kəsən kimi - Şarl Mişel narahat olub İlham Əliyevə zəng etdi
    20:22 25 Mart 2023
  • XİN Laçın dəhlizi ilə bağlı - BƏYƏNAT YAYDI
    20:15 25 Mart 2023
  • Düşmənin Füzuli istiqamətində səngər qazmasının qarşısı alınıb
    20:10 25 Mart 2023
  • Daha xəbərdarlıq olmayacaq! - Ordumuz hansı yolları nəzarətə götürdü?
    19:53 25 Mart 2023
  • Azərbaycan Ordusu Laçında zəruri nəzarət tədbirləri həyata keçirdi
    19:45 25 Mart 2023
  • Mobil terminal, planşet və printer avadanlıqlarının alınması - TENDER ELANI
    17:46 25 Mart 2023
  • "Vitamin VİO" MMC "TC Şirkəti" MMC ilə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
    17:41 25 Mart 2023
  • "Multipack" şirkəti "Prestij-Kİmya" MMC-ni - MƏHKƏMƏYƏ VERDİ - SƏBƏB
    17:38 25 Mart 2023
  • Mühafizə xidmətinin alınması ilə bağlı - TENDER ELANI
    17:30 25 Mart 2023
  • "Qurman Plyus" yerli şirkəti - MƏHKƏMƏYƏ VERDİ - SƏBƏB
    17:18 25 Mart 2023
  • Azərbaycanda armatur istehsalı son bir ildə 57%-dən çox azalıb
    17:09 25 Mart 2023
  • Dövlət qurumu "Hanse" MMC-ni - MƏHKƏMƏYƏ VERİB
    17:06 25 Mart 2023
  • Azərbaycanda polad tökmə istehsalı son bir ildə 16%-dən çox azalıb
    16:57 25 Mart 2023
  • Bakı Şəhər Lokal Baş Gəlirlər İdarəsi yerli şirkəti - MƏHKƏMƏYƏ VERİB
    16:46 25 Mart 2023
  • Təlimlərin keçirilməsinin satınalınması ilə bağlı - KOTİROVKA SORĞUSU
    16:39 25 Mart 2023
  • Azərbaycanda tikinti kərpiclərinin istehsalı son bir ildə 26%-dən çox azalıb
    16:28 25 Mart 2023
  • Yumşaq inventarların alınması ilə bağlı - KOTİROVKA SORĞUSU
    16:19 25 Mart 2023
  • Azərbaycanda sement istehsalı 5%-ə yaxın azalıb
    16:10 25 Mart 2023
  • "Azərkosmos" Agentliyi - TENDER ELAN ETDİ
    16:02 25 Mart 2023
  • "Champion İZ" borca görə - MƏHKƏMƏYƏ VERİLİB
    15:52 25 Mart 2023
  • Naxçıvan Muxtar Respublika Xəstəxanası - TENDER ELAN ETDİ
    15:43 25 Mart 2023
  • "Gilan Vegetables" MMC - MƏHKƏMƏYƏ VERİLİB - SƏBƏB
    15:31 25 Mart 2023
  • Lildən təmizlənmə və sahilbərkitmə işləri ilə bağlı - TENDER ELANI
    15:21 25 Mart 2023
  • Bu sürətlə getməsəniz, cərimələnəcəksiniz - SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ
    14:06 25 Mart 2023
  • Naxçıvan Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifədən - AZAD EDİLİB
    13:56 25 Mart 2023
  • Sabunçu Tibb Mərkəzinə yeni direktor - TƏYİN EDİLDİ
    13:42 25 Mart 2023
  • Buğda və düyü idxalı - ARTIB
    13:31 25 Mart 2023
  • Azərbaycan nefti 3%-dən çox ucuzlaşıb - SON QİYMƏT
    13:23 25 Mart 2023
  • Azərbaycanda banka məxsus fərdi yaşayış evləri satışa çıxarılır – QİYMƏTLƏR
    13:19 25 Mart 2023
  • Azərbaycanın maye qazın ixracından gəlirləri - KƏSKİN AZALIB
    13:12 25 Mart 2023
  • Rublun ucuzlaşacağı gözlənilir - MƏZƏNNƏYƏ TƏZYİQ GÖSTƏRƏN ƏSAS AMİLLƏR
    13:06 25 Mart 2023
  • Bazar gününün - HAVA PROQNOZU
    13:04 25 Mart 2023
  • İyunda Astanadan Bakıya birbaşa təyyarə reysi açılır
    12:57 25 Mart 2023
  • Müdafiə Nazirliyi: Gecə Qarabağda atıṣma olub
    12:53 25 Mart 2023
  • Şirkət və qurumların adına açılan saxta veb-saytları - Necə Müəyyən Etmək Olar?
    12:46 25 Mart 2023
  • Yem mağazası yandı, sahibkara 20 min ziyan dəydi - FOTOLAR
    12:38 25 Mart 2023
  • "Allah dünyamıza rəhmət eləsin"
    12:30 25 Mart 2023
  • "Ermənistan üçtərəfli Bəyanata uyğun olaraq, qeyri-leqal ordu birləşmələrini Azərbaycan ərazisindən çıxarmalıdır"
    12:27 25 Mart 2023
  • “Linkedin”, “TikTok”, indi də “Meta” - UĞUR HEKAYƏSİ - MÜSAHİBƏ
    12:16 25 Mart 2023
  • Yol polisi bayram tətilindən qayıdan sürücülərə - MÜRACİƏT ETDİ
    12:13 25 Mart 2023
  • Azərbaycanda məşhur xəstəxana - YENİDƏN QURULUR
    12:08 25 Mart 2023
  • "Aqrosert" MMC -MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    10:00 25 Mart 2023
  • Azərbaycan Dəmir Yolları - MƏHKƏMƏYƏ VERİLİB - SƏBƏB
    09:50 25 Mart 2023
  • Mebel inventarlarının alınması ilə bağlı - TENDER ELANI
    09:41 25 Mart 2023
  • Azərbaycanda süd istehsalı 1%-dən çox artıb
    09:33 25 Mart 2023
  • Azərbaycanda yumurta istehsalı 16%-dən çox artıb
    09:25 25 Mart 2023
  • "Erlab MMC"-yə 164 minlik reaktiv sifarişi - TENDER NƏTİCƏSİ
    09:14 25 Mart 2023
  • Qazax Suvarma Sistemləri İdarəsi - TENDER ELAN EDİR
    09:04 25 Mart 2023
  • Bakı Baş Gömrük İdarəsi - MƏHKƏMƏYƏ VERİLİB - SƏBƏB
    08:53 25 Mart 2023
  • Yerli şirkət Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsini - MƏHKƏMƏYƏ VERDİ - SƏBƏB
    08:40 25 Mart 2023
  • Balakən Rayon Mərkəzi Xəstəxanası - TENDER ELAN EDİR
    08:30 25 Mart 2023
  • Neft 3 faizdən çox ucuzlaşıb - SON QİYMƏT
    17:24 24 Mart 2023
  • Ermənilər Qarabağda yeni yol çəkir, ruslar vəzifələrini yerinə yetirmir - MÜDAFİƏ NAZİRLİYİNDƏN ETİRAZ - VİDEO
    17:12 24 Mart 2023
  • Ermənistan Konstitusiya Məhkəməsi Putinin həbsi barədə - QƏRARI DƏSTƏKLƏDİ
    16:40 24 Mart 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!