Prezident İlham Əliyev avqustun 29-da Füzuliyə səfər edib.
FED.az xəbər verir ki, səfər zamanı dövlət başçısı Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintisi başa çatmaq üzrədir. İki-üç hərəkət zolaqlı yolun uzunluğu 101 kilometrdir. Artıq yolun 92 kilometrlik hissəsinə asfalt-beton örtüyü salınıb. Digər hissələrdə isə işlər davam etdirilir. Yolda körpülər və yeraltı keçidlər inşa edilib.
Şuşada “Qarabağ” hoteli açıldı - PREZİDENT İŞTİRAK ETDİ
Bundan başqa, prezident Əliyev və xanımı Mehriban Əliyeva Füzuli Hava Limanında da olub və burada aparılan işlərlə tanış olublar.