“Ötən il 902 nəfər şəhid ailəsi üzvü, 650 nəfər müharibə iştirakçısı, 1 809 əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib”.
FED.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
O bildirib ki, artıq bu kateqoriyadan olan 1 500-dən çox ailə özünüməşğulluq proqramında iştirak edir: “Ötən ilin dekabr ayında ilk növbədə şəhid ailələri və digər həssas qrupa daxil olan şəxslərin pensiya, müavinət və s. təyinatı həyata keçirilib”.