"Azərbaycan Ordusunun bölmələrinin guya Arazdəyən istiqamətində metallurgiya zavoduna atəş açması və iki nəfərin yaralanması barədə Ermənistan tərəfinin yaydığı məlumatı qəti surətdə təkzib edirik".
Bu barədə FED.az-a Müdafiə Nazirliyindən bildirilib.


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








