Milli Məclis komitələrinin tərkibi bəlli olub.
FED.az xəbər verir ki, artıq 15 komitənin üzvlərinin adları açıqlanıb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvləri seçilib.
Mədəniyyət komitəsinin üzvləri seçilib.
Elm və təhsil komitəsinin üzvləri seçilib.
Regional məsələlər komitəsinin üzvləri seçilib.
İctimai birliklər və dini qurumlar komitəsinin üzvləri seçilib.
Gənclər və idman komitəsinin üzvləri seçilib.
Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri seçilib.
Səhiyyə komitəsinin üzvləri seçilib.
Əmək və sosial siyasət komitəsinin üzvləri seçilib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri seçilib.
İnsan hüquqları komitəsinin üzvləri seçilib.
Aqrar siyasət komitəsinin üzvləri seçilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri seçilib.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvləri seçilib.
Xatırladaq ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib.
Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var. Sentyabrın 21-də Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiq edib.