Xəbər verildiyi kimi, Hesablama Palatası Mədəniyyyət Nazirliyində büdcə vəsaitlərindən istifadənin vəziyyətini araşdırıb.
Eləcə də bax: Mədəniyyət Nazirliyindən əməliyyat öncəsi - YENİ MÜQAVİLƏLƏR - SİYAHI
FED.az-ın məlumatına görə, araşdırma 2017-2018-ci illəri, yəni 01.01.2017-01.01.2019-cu il tarixədək olan dövr üçün aparılıb. 2019-cu ilin iyun-avqust aylarında aparılan araşdırma nəticəsində, çoxsaylı pozuntular aşkar edilib.
Eləcə də bax: Mədəniyyət Nazirliyində alınan "şapka"lar - AÇIQLANDI - MƏBLƏĞLƏR
Yoxlama nəticəsində audit rəyi tərtib edilib və təklif-tövsiyələr verilib.
Eləcə də bax: Nazirliyə «şapka» verən şirkətin - QAZANDIĞI TENDERLƏR - SİYAHI
NƏTİCƏ
- Nazirlik tərəfindən proqnoz layihələrinin hazırlanması prosesində Nazirlər Kabinetinin 24.05.2004-cü il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın tələblərinə tam əməl edilməmiş;
-- Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin yaradılması ilə əlaqədar olaraq dövlət qulluğuna xitam verilmiş işçilərə işdənçıxarma müavinətindən düzgün olmayaraq 2657,76 manat sosial sığorta haqqı hesablanıb ödənilmiş;
-- Nazirliyin əməkdaşına dövlət qulluqçularının sayının ixtisarı ilə əlaqədar (bir ildən beş ilədək əmək stajı olduğu halda) işdənçıxarma müavinəti (orta aylıq əmək haqqının 1,4 misli miqdarında ödənilmək əvəzinə 1 misli miqdarında ödənilərək) 224,0 manat az hesablanıb ödənilmiş;
-- Bağlanmış müqavilədə xüsusi hallar nəzərdə tutulmadığına görə, Azərbaycan Dövlət Rəqs Ansamblının yeni konsert proqramının hazırlanması və kollektivdə islahatların aparılması ilə əlaqədar Rusiyanın Xalq artisti 5 ay 15 gün müddətində Bakı şəhərində olmadığı halda, onun bank hesabına 26232,3 manat, mənzilin kirayəsinə görə isə icraçıya 7200,0 manat artıq vəsait ödənilmiş;
-- Azərbaycan Respublikası Vahid Büdcə Təsnifatının tələblərinə əməl edilməyərək, teatr-tamaşa müəssisələrində işləyən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri ilə əlaqədar peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmalarına sığorta şirkətinə 58830,8 manat vəsait ödənilmiş;
-- Nazirlik tərəfindən struktur bölmələrinə qeyri yaşayış sahələrinin icarəyə götürülməsi zamanı əmlak bazarı tam öyrənilmədiyi üçün bir kv.m. sahəyə görə fərqli məbləğdə icarə haqqı ödənilmiş;
-- Auditlə əhatə olunan illərdə teatr-tamaşa müəssisələrində 7 tamaşanın istehsalı ilə əlaqədar istismar xərcləri üzrə görülmüş eyni növ işlərə görə təkrar xərc aparılaraq, ümumilikdə 12320,0 manat vəsait artıq ödənilmiş;
-- Azərbaycan Dövlət Filarmoniyası tərəfindən 2017-ci il maliyyə hesabatlarında illik xərcləri 59759,0 manat, 2018-ci ildə isə 64259,0 manat artıq göstərməklə mənfəət vergisi 2020, №1 AUDİTOR TRİBUNASI 28 müvafiq olaraq, 11951,8 manat və 12848,2 manat məbləğində büdcəyə az ödənilmiş;
-- “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin (“14.5.4. müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında”) tələblərinə düzgün əməl edilməyərək, C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyası və “Salnamə” Sənədli filmlər studiyası üzrə müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün müvafiq olaraq 5865,0 manat və 2895,0 manat məcburi dövlət sosial sığorta haqqı qonorar məbləğindən deyil (ödəmə mənbəyindən), büdcə vəsaiti hesabına ödənilmiş;
-- Nazirlər Kabinetinin 11.05.2004-cü il tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət sifarişi ilə istehsal edilən kinofilmlərin yaradıcılarına ödənilən müəllif qonorarlarının və sair ödənilən haqların miqdarı və verilməsi Qaydaları”nın tələbləri gözlənilməyərək, müxtəlif filmlərin yaradıcı qrupunun qonorarlarının məbləği 1,3-5,3 dəfə çox olmuş;
-- Kinostudiya tərəfindən 2017-ci ildə 2760,0 manat, 2018-ci ildə 14580,0 manat, ümumilikdə 17340,0 manat məbləğində mənfəət vergisi az ödənilmiş;
-- Masallı RMİ-yə əvəzsiz olaraq verilmiş 202551,2 manat məbləğində mal-material qiymətlilərindən 21532,9 manatı maliyyə hesabatında uçota alınmamış;
-- “Azanfilm Studiyası"nın mühasibatlığı tərəfindən "Balaca şahzadə" sənədli filminin istehsalı ilə əlaqədar icarə haqqı üzrə firmalara 3340,0 manat artıq vəsait ödənilmiş;
-- “Mozalanfilm Studiyası” tərəfindən “Əlvida Şmit” bədii filminin çəkilişi üçün yerin icarəsi adı ilə firmalara 1500,0 manat artıq vəsait ödənilmiş;
-- Nazirlik tərəfindən icraçılarla satınalma müqavilələrin bağlanması zamanı Nazirlər Kabinetinin 28.02.2003-cü il tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”tələblərinə əməl edilməmiş;
-- Nazirlik tərəfindən publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmədiyi və dövlət büdcəsindən Nazirliyə ayrılmış xərclər üzrə müvafiq vəsait nəzərdə tutulmadığı halda, “Milli Turizm Təbliğat Bürosu” publik hüquqi şəxsin maddi-texniki bazasının mökəmləndirilməsi, həmçinin fəaliyyətinin yaxşılaşdırılması məqsədilə publik hüquqi şəxsə 65000,0 manat vəsait ödənilmiş;
-- Nazirlik tərəfindən Novruz şənliklərinin keçirilməsi üçün icraçıya işlərin və xidmətlərin siyahısına “işin icrasına nəzarət” adı ilə əlavə xidmət yazaraq 1500,0 manat məbləğində artıq vəsait ödənilmiş;
-- Nazirlik tərəfindən 109050,0 manat dəyərində alınmış müxtəlif kitabçaların və digər ləvazimatların paylanması, istifadəsi və silinməsi Maliyyə Nazirliyinin 25.12.2018-ci il tarixli Q-13 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nin tələblərinə uyğun aparılmamış;
-- Nazirlik tərəfindən novruz şənliklərinin keçirilməsi üçün icraçı müəssisəyə əlavə olaraq 20.03.2017-ci ildə tərtib edilmiş “təhvil-təslim aktına” əsasən, “işin icrasına nəzarət” xərci adı ilə 2000,0 manat məbləğində artıq vəsait ödənilmiş;
-- Nazirlər Kabinetinin Ehtiyat Fondundan 2017-ci ilin may-noyabr aylarında təşkil olunacaq "Viva Arte Viva" adlı 57-ci Beynəlxalq İncəsənət Sərgisində Azərbaycan Respublikasının iştirakı ilə bağlı ayrılmış 2 200 000,0 manat vəsaitdən istifadə olunmamış 92 119,0 manat məbləğində vəsait "4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu" çərçivəsində multimedia, avtomatika və s. digər bina daxili təchizat sistemlərinin idarə olunması ilə bağlı xərclərə istifadə olunmuş;
-- "4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu" üzrə tədbir 04-06 may tarixlərində keçirildiyi halda, tədbirin başlanma tarixindən əvvəlki tarixlərə görə 200 nəfər üçün nahar və şam yeməyinin verilməsi zamanı kofe-breyk üzrə 2 239,0 manat normadan artıq xərcə yol verilmiş, eyni zamanda 150 nəfər köməkçi işçi üzrə də tədbirin başlanma tarixindən əvvəlki tarixlərə görə (1-4 gün olmaqla) 2729,6 manat məbləğində yemək xərci silinmiş;
-- Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi üçün Turizm Reyestri və İnformasiya saytının yaradılması nəzərdə tutulan proqram təminatı işlərinin yaradılması və avadanlıqların satınalınması ilə bağlı icraçı ilə bağlanmış müqavilə üzrə 352 834,2 manat məbləğində ödənilmiş vəsait həcmində proqram təminatı işlərinin yerinə yetirilməsinin təhvil verildiyinin rəsmiləşdirilməsinə baxmayaraq, hal-hazırda həmin proqram fəaliyyət göstərmir, eyni zamanda qeyd olunan proqram təminatı işlərinin dəyəri uçota götürülməyərək birbaşa xərcə silinmiş;
-- "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən, Nazirliyə müvafiq dövlət orqanları ilə birlikdə ticarət festivallarının keçirilməsi üçün ayrılmış 1 090 000,0 manat vəsaitdən satınalma metodu tətbiq edilmədən Nazirliyin əmrinə əsasən, 400 000,0 manat vəsait Azərbaycan Konqreslər Bürosuna köçürülmüş;
-- “Mədəniyyət” qəzeti və "Mədəni-maarif işi" jurnalı redaksiyasına 2017-2018-ci illərdə ümumilikdə 70000,0 manat ödənilmiş vəsait təqdim edilmiş büdcə proqnozularında nəzərdə tutulmamış;
-- Maliyyə Nazirliyinin 25.12.2018-ci il tarixli Q-13 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”nın tələblərinə əməl edilməyərək, 2017-ci ildə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı üzrə Azərbaycan Respublikası Milli Komissiyasının fəaliyyətinin və təşkilatla əməkdaşlıq çərçivəsində tədbirlər üzrə icraçı tərəfindən 76138,0 manat məbləğində iş və xidmətlərin göstərilməsi üzrə ilkin təsdiqedici sənəd təqdim edilmədən vəsait xərcə silinmiş;
-- "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi" tematik sərginin təşkili üzrə vahidinin dəyəri 3000,0-11000,0 manat təşkil edən ümumi dəyəri 145730,0 manat məbləğində müxtəlif adda (mövzularda) stendlər, monitorlar qiymətlərin razılaşma protokolunda olduğu kimi və "akt maliyyə və uçot şöbəsinə xərclərin silinməsi üçün təqdim olunur" yazılmaqla xərcə silinmiş;
-- Nazirlik tərəfindən "Novruz bayramı" tədbiri ilə bağlı (köşklərin hazırlanması və s.) işlərə görə əlavə olaraq, 2017-ci ildə 253 395,0 manat məbləğində "Depozit və tapşırıqlar" xəzinə hesabı üzrə vəsait xərc edilmiş və köçürülmüş vəsaitin təyinatı üzrə istifadəsinə nəzarət Milli Turizm Təbliğat Bürosuna tapşırılmış və ümumilikdə 68 700,0 manat məbləğində 32 ədəd müxtəlif adda köşk və 20 ədəd 54 700,0 manat məbləğində turizm informasiya stendinin alındığı (qaimə fakturalar üzrə həmin malları Milli Turizm Təbliğat Bürosu qəbul etmiş) rəsmiləşdirilmiş, lakin həmin köşk və stendlər faktiki olaraq Nazirlik tərəfindən qəbul edilməmiş və uçota alınmayaraq xərcə silinmişdir.
-- Nazirlik tərəfindən 12.04.2017-ci il tarixli elektron qaimə ilə 38114,0 manat dəyərində (ƏDV-ilə birlikdə) 170 ədəd bayraq alınması rəsmiləşdirilimiş və 12.04.2017-ci il tarixli demontaj və montaj aktına əsasən 42 ədəd yararsız hala düşmüş bayrağın demontaj edilməsi və 42 ədəd yeni bayrağın isə montaj edilməsi rəsmiləşdirilmiş, lakin alınması rəsmiləşdirilmiş bayrağın qalan 28697,6 manat dəyərində 128 ədədinin quraşdırılmasına və paylanmasına dair təsdiqedici sənəd olmadan silinmiş;
-- Respublika Xalq Teatrları Festivalının final mərhələsiində iştirak məqsədilə Cəlilabad və Masallı nümayəndəliklərinin ezamiyyə xərcinin Masallı RMİ tərəfindən ödənilməsinə baxmayaraq, Nazirlik tərəfindən icraçıya ezamiyyə xərcləri üzrə 8775,0 manat məbləğində artıq büdcə vəsaiti ödənilmiş;
-- 2017-ci il 28 mart və 05 aprel tarixlərdə icraçıya mövcud server, kompüter, çap qurğuları, kommunikasiya avadanlığına və proqram təminatına texniki xidmət üçün 17567,3 manat vəsait, “Gomap.az” portalının tətbiqi təminatının yenilənməsi və funksionalın artırılması üçün 17208,4 manat, xəritənin aktuallığının saxlanması üçün, coğrafi verilənlərin məhəlli araşdırma qrupu tərəfindən yığılması və CİS operatorlar qrupu tərəfindən sistemə daxil edilməsi 40308,2 manat, digər xərclər üçün 983,4 manat, cəmi 58500,0 manat vəsait "Sair xərclər" paraqrafından ödənilmiş;
-- 2017-ci ildə "Balaca şahzadə" tamaşasının səhnələşdirilməsi işlərinə görə 113000,0 manat məbləğində vəsait "Mədəniyyət və incəsənət sahəsində digər müəssisələr və mədəni tədbirlər" paraqrafından ödənilmiş;
-- Nazirlik tərəfindən avtonəqliyyat vasitələrinin icarəsi üzrə digər icraçı ilə müqayisədə qiymətlərin yüksək götürülməsi hesabına icraçıya 22177,8 manat məbləğində artıq vəsait ödənilmiş;
-- 2017-ci il 17-21 oktyabr tarixlərində Bakıda V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun keçirilməsi ilə bağlı iş və xidmətlərin yerinə yetirilməsinə dair Nazirliklə Azərbaycan Turizm Assosiasiyası tərəfindən təsdiq edilmiş akta və təqdim olunmuş hesabfakturaya əsasən, 2017-ci il 18-20 oktyabr tarixlərində 250 nəfərə 3 gun üçün 7500,0 manat ödənilməli olduğu halda, 6 gun üçün 14991,9 manat ödənilməklə 7491,9 manat normadan artıq büdcə vəsaiti ödənilmiş;
-- Nazirliyin 08.07.2017-ci il tarixli əmri ilə əməkdaşın 2017-ci ilin 05-13 iyun tarixlərin Polşanın Krakov şəhərinə ezam olunması rəsmiləşdirildiyi halda, ona 2017-ci ilin iyun ayı üzrə tam iş günlərinə görə əmək haqqı hesablanıb ödənildiyi, habelə pasportunda tədbirdə iştirakı üçün ölkədənçıxış barədə müvafiq qeyd və sessiyada iştirakını təsdiq edən digər sənədlər olmadığı halda, 4376,8 manat ezamiyyə xərci ödənilmiş;
-- Respublika Kitabxana Kollektoru təsərrüfat hesablı qurum kimi fəaliyyət göstərməsinə baxmayaraq, həmçinin xərclər smetasında qeyd edilən təyinat üzrə vəsait nəzərdə tutulmadığı halda, Kitabxana Kollektorunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə maliyyə yardımı göstərilməsi adı ilə 2017-ci ilin noyabr-dekabr aylarında cəmi 25000,0 manat vəsait ödənilmiş;
-- Nazirlik tərəfindən 2018-ci ildə bağlanmış müqavilələr üzrə ümumilikdə 223250,0 manat məbləğində işlər yerinə yetririlməmiş;
-- "İstehsalda istifadə olunmayan qeyri-maddi aktivlər" paraqrafı üzrə ümumilikdə 865104,2 manat məbləğində müxtəlif məzmunlu proqram təminatları işləri üzrə, o cümlədən 2017-ci ildə 421404,2 manat, 2018-ci ildə isə 443700,0 manat məbləğində vəsait xərc edilmiş, lakin Nazirlik tərəfindən alınması rəsmiləşdirilmiş müvafiq qeyri-maddi aktivlər uçota alınmayaraq birbaşa xərcə silinmiş;
-- Auditlə əhatə olunan illərdə malların (işlərin və xidmətlərin) satınalınması üzrə bir mənbədən satınalma metoduna üstünlük verilmiş bir çox hallarda satınalma prosesinin pozulması hallarına yol verməklə yanaşı, auditlə əhatə olunan illərdə Nazirliyin mərkəzləşdirilmiş xərclərində tabeliyində olan təşkilatları, əsasən 16 RİM üçün müvafiq xərc maddələri üzrə 2017-ci ildə 9 xərc maddəsi üzrə cəmi 4 468 511,0 manat, 2018-ci ildə isə 10 xərc maddəsi üzrə 6 621 511,0 manat məbləğində nəzərdə tutulmuş vəsaitlər üzrə satınalmalar keçirilmiş, lakin malların (işlərin və xidmətlərin) satınalınmasının planlaşdırılması mərhələsində sifarişçi tərəfindən satınalmalar üzrə xərclərin məqsədəuyğunluğu və əsaslılığı müəyyən edilməmiş, faktiki təlabatla bağlı tabeli təşkilatlardan müvafiq proqnoz məlumatları tələb edilməmiş, 19 halda ümumilikdə 1697374,9 manat məbləğində vəsait müvafiq satınalma metodu tətbiq edilmədən, habelə 2017-ci ildə 8 halda 336900,1 manat məbləğində iş və xidmətlərin satınalınması ayrı-ayrı məbləğlərə bölünməklə müqavilələr bağlanaraq xərc edilmiş, 32 halda açıq tender və kotirovka sorğusu barədə elanların, eləcə də 103 halda bağlanmış müqavilələr barədə məlumatların dövlət satınalmaların rəsmi internet sayıtında yerləşdirilməməmiş;
-- Tender komissiyaları tərəfindən alınacaq mallara (göstəriləcək iş və xidmətlərə) olan tələbat düzgün müəyyən edilmədiyindən, müvafiq satınalama prosedurlarının nəticələrinə əsasən bağlanmış müqavilələr bəzi hallarda tam icra edilməmiş;
-- Mаliyyə hеsаbatları Maliyyə Nazirliyinin 25.12.2018-ci il tarixli Q-13 №-li Qərarı ilə təsdiq edilmiş “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları”nın tələblərinə uyğun gəlmir. Həm Nazirliyin, həm də tabeliyində olan təşkilatların maliyyətəsərrufat əməliyyatları bir sıra hallarda baş verdiyi anda vahid Hesablar Planına uyğun (sintetik hesablar, subhesablar) əks etdirilməmiş, maliyyə hesabatlarının elementləri (aktivlər, ohdəliklər və kapital, habelə gəlir və xərclər) düzgün müəyyən edilməmiş və təşkilatın maliyyə vəziyyəti, maliyyə fəaliyyətinin nəticələri və xalis aktivlərinin (kapitalın) hərəkəti haqqında informasiya düzgün təqdim olunmamış;
-- Nazirliyin aidiyyatı şöbələri tərəfindən malların (işlərin və xidmətlərin) yerinə yetirilməsi zamanı bağlanmış müqavilələrin icra müddətləri, şərtləri və aparılmış əməliyyatların sənədləşdirilməsinə əməl olunmasına daxili nəzarətin təşkil edilməməsi, həmçinin yaranmış debitor borcların inventarizasiyasının vaxtında aparılmaması, bəzi debitor borcların isə uçota alınmaması və bu kimi digər tədbirlərin həyata keçirilməməsi nəticəsində 01.01.2019-cu il tarixə Nazirlik üzrə 1209368,7 manat məbləğində debitor borc uçota alınmamış;
-- “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” və ”Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı”nın israsının təhlili göstərir ki, 2017-ci və 2018-ci illərdə Dövlət Proqramlarının həyata keçirilməsinə ayrılmış vəsaitin Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlər üzrə bölgüsünün təşkil olunmamış,eləcə də nəzərdə tutulmuş bəzi tədbirlərin vaxtında və tam icrasının təmin edilməmiş;
-- Xidmət tərəfindən bəzi mədəniyyət obyektlərində aparılan əsaslı təmir-tikinti işlərinin düzgün sənədləşdirilməməsi, eləcə də tikinti işlərinin aparılmasına daxili nəzarət işinin zəif təşkil olunması, bəzi hallarda tikinti obyektləri üzrə keçirilmiş satınalmalar üzrə qanunvericiliyin pozulması, tikinti obyektləri üzrə yerinə yetirilmiş işlər üzrə 6 obyekt üzrə smeta sənədləri ilə üzləşdirildikdə iş həcmləri üzrə 105499,1 manat məbləğində fərq, 4 obyekt üzrə isə baxış keçirilərkən 369 850,0 manat məbləğində çatışmazlıq, 01.01.2019-cu il tarixə (ümumi debitor borcun tərkibində) “Binəqədi rayonu, İrəvan Dövlət Azərbaycan Dram Teatrı binasının əsaslı təmiri və yenidənqurulması işləri” obyekti üzrə 887897,0 manat, “Tovuz rayon Mədəniyyət Evinin yenidən qurulması” obyekti üzrə 392 042,91 manat, “Tovuz rayonunda aşıq Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi” obyekti üzrə 1 071 887,23 manat, “Bərdə şəhərində Mədəniyyət Sarayının tikintisi” obyekti üzrə 127 557,99 manat məbləğində debitor borc olmuş;
-- Nazirlikdə daxili nəzarət sahəsində qeyd olunan işlərin təhlili, habelə auditlə əhatə olunan illərdə toplanılan audit sübutlarının sayı və müxtəlifliyi göstərir ki, Nazirlikdə bir çox sahələr üzrə daxili nəzarət işi təşkil olunmamış, müvafiq şöbələr, eləcə də yaradılmış komissiyalar üzərlərinə düşən vəzifələri tam icra etməmişdir.
AUDİTOR RƏYİ
Audit hesabatına dair Mədəniyyət Nazirliyinin rəyində və yuxarıda göstərilənlərə əsasən qeyd olunur ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 2017-2018- ci illər üzrə maliyyə hesabatlarına dair aparılan maliyyə əməliyyatları və təqdim olunmuş maliyyə hesabatlarının audit meyarları ilə müqayisədə əhəmiyyətli uyğunsuzluq halları müşahidə olunur.
Audit obyekti tərəfindən nöqsanların aradan qaldırılması məqsədilə həyata keçirilmiş tədbirlər Audit tədbirinin nəticəsi üzrə müəyyən olunmuş nöqsanların aradan qaldırılması məqsədilə Nazirlik tərəfindən ümumilikdə 153 136,2 manat
(o cümlədən sosial sığorta haqqı üzrə 2657,8 manat, mehmanxana xərci üzrə 1500,0 manat, ezamiyyə xərci üzrə 13151,8 manat, yerinə yetirilməyən iş və xidmətlər üzrə 3500,0 manat, respublikada olmadığı halda ödənilmiş kirayə haqqı üzrə 7200,0 manat, fəaliyyət göstərmədiyi halda ödənilmiş qonorar haqqı üzrə 26232,3 manat, normadan artıq ödənilmiş yemək xərci üzrə 7491,9 manat, kofebreyk üzrə 2239,0 manat, artıq ödənilmiş nəqliyyat xərci üzrə 22177,8 manat, tədbirin başlanma tarixindən əvvəlki tarixlərə görə silinmiş yemək xərci üzrə 2729,6 manat, təhtəl hesab şəxslər üzrə ödənilən debitor borc məbləği üzrə 604,0 manat, Azərbaycan Dövlət Filarmoniyası tərəfindən mənfəət vergisi üzrə 24800,0 manat, Bakı Dövlət Sirki tərəfindən sirk tamaşaları ilə əlaqədar artıq ödənilmiş 1988,0 manat, Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən gənc rəssamların səyyar sərgiləri üzrə artıq ödənilmiş 1190,0 manat, 4 halda tamaşaların qoyuluşu üzrə artıq ödənilmiş 9142,0 manat, 4 halda film çəkilişləri üzrə artıq ödənilmiş 9192,0 manat, C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyası tərəfindən mənfəət vergisi üzrə 17340,0 manat),
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən ümumilikdə 161 982,8 manat
(o cümlədən, “Bərdə şəhərində "Allah-Allah" türbəsinin konservasiya işləri” obyekti üzrə müəyyən edilmiş 55488,6 manat məbləğində çatışmazlıqdan 45121,1 manat, “Gəncə şəhərində "Şah Abbas" Karvansarayının bərpası 2020, №1 AUDİTOR TRİBUNASI 33 işləri” obyekti üzrə 316349,2 manat məbləğində çatışmazlıqdan 27150,9 manat, “Bakı şəhərində "Savalan" kinoteatrı binasında Şuşa Dövlət Musiqili Dram Teatrının yerləşdirilməsi üçün təmir-bərpa və uyğunlaşdırma işləri” obyekti üzrə 26049,0 manat, “Şəki şəhəri "Gileyli məscidinin minarəsi (XVIII əsr)" abidəsində yaranmış qəza vəziyyətinin qarşısının alınması məqsədi ilə minarədə zəruri bərpa-gücləndirmə və minarənin yerləşdiyi ərazidə çay yatağında bərkitmə işləri” obyekti üzrə 19324,3 manat məbləğində çatışmazlıqdan 5524,3 manat,(Xidmətin həmin obyekt üzrə podratçı təşkilata 13852,8 manat olan kreditor borcunun qarşılıqlı üzləşmə aktı ilə ləğv edilməsi), “Şəki şəhərində 40 yerlik uşaq bağçasının tikintisi” obyekti üzrə 37019,2 manat və “Qaradağ rayonu, Qızıldaş mədəniyyət mərkəzinin tikintisi və texniki təchizatı işləri” obyekti üzrə 21118,3 manat)
məbləğində vəsaitin büdcəyə bərpa edildiyi Kollegiya tərəfindən nəzərə alınsın.
TƏKLIFLƏR VƏ TÖVSIYƏLƏR:
Auditin nəticələri üzrə aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə Nazirlik və onun tabeliyində olan müəssisələr tərəfindən:
-- "İstehsalda istifadə olunmayan qeyri-maddi aktivlər" paraqrafı üzrə icrası tam yerinə yetirilməyən ümumilikdə 223250,0 manat məbləğində vəsaitin büdcəyə bərpası təmin edilsin;
-- "Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət” bölməsi üzrə balansda əks etdirilməmiş 1209368,7 manat məbləğində debitor borcun müvafiq mühasibat yazılışı verilməklə uçota alınması təmin edilsin;
-- Mütəmadi olaraq aidiyyəti təşkilatlarla debitor-kreditor borcların üzləşdirilməsi və debitor borcların qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanması təmin edilsin, aparılan maliyyə-təsərüfat əməliyyatlarının nəticələrini əks etdirən göstəricilərin maliyyə hesabatlarında və mühasibat sənədlərində əks olunmasına nəzarət gücləndirilsin, eləcə də 01.01.2019-cu il tarixə Nazirlik üzrə yaranmış olan 14929109,5 manat məbləğində debitor borcun bağlanması təmin edilsin;
-- O cümlədən 01.01.2019-cu il tarixə “Binəqədi rayonu, İrəvan Dövlət Azərbaycan Dram Teatrı binasının əsaslı təmiri və yenidənqurulması işləri” obyekti üzrə 887897,0 manat, “Tovuz rayon Mədəniyyət Evinin yenidən qurulması” obyekti üzrə 392042,91 manat, “Tovuz rayonunda aşıq Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi” obyekti üzrə 1071887,2 manat, “Bərdə şəhərində Mədəniyyət Sarayının tikintisi” obyekti üzrə 127557,9 manat məbləğində debitor borcun bağlanması istiqamətində ciddi tədbirlər görülsün;
-- “Bərdə şəhərində "Allah-Allah" türbəsinin konservasiya işləri” obyekti üzrə 10367,5 manat və “Gəncə şəhərində "Şah Abbas" Karvansarıyının bərpası işləri” obyekti üzrə 253284,6 manat dəyərində yerinə yetirilməmiş işlərin icrası təmin edilsin;
-- Xərc əməliyyatları zamanı dövlət büdcəsində təsdiq edilmiş vəsaitlərin müəyyən edilmiş istiqamətlər üzrə icrası təmin edilsin, həmçinin icra prosesində “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu və Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vahid Büdcə Təsnifatı”nın tələblərinə ciddi riayət olunsun;
-- Malların (işlərin və xidmətlərin) satınalınmasında “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu, “Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat” və satınalmalarla əlaqədar digər qanunvericilik aktlarının tələblərinin pozulması, eləcə də normativdən artıq ştat vahidlərinin saxlanılması halları üzrə Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar Məcəllələrində inzibati və cinayət məsuliyyətinin müəyyən edildiyi diqqətə alınsın;
-- Tədirlərin keçirilməsi zamanı vəsaitlərin istifadəsi zamanı Nazirlər Kabinetinin 01.10.2014-cü il tarixli 318 nömrəli Qərarı ilə təsdiq olunmuş “Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün dövlət büdcəsində vəsaitin nəzərdə tutulması və xərclənməsi Qaydaları”nın tələblərinə uyğun həyata keçirilsin, eləcə də büdcədə nəzərdə tutulmadığı halda müxtəlif müsabiqələrin keçirilməsi və müxtəlif xidmətlərin göstərilməsi adı ilə büdcə vəsaitindən səmərəsiz istifadə hallarına yol verilməsin;
-- Dövlət sifarişi ilə çəkilən filmlərdə vəsaitin mövcud qanunvericiliyə uyğun istifadəsi, müqavilə şərtləri, təhtəlhesab şəxslərərə verilən vəsaitin istifadəsi zamanı normativ aktların tələblərinə riayət edilsin;
-- “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında təsdiq edilmiş tapşırıqların icrasına nəzarət gücləndirilsin, habelə dövlət büdcəsindən Proqramın icrasına ayrılmış vəsaitlərdən məqsədəyönlü və qənaətlə istifadə olunması təmin edilsin;
-- “Dövlət əmlakının qorunub saxlanması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 06.06.2007-ci il tarixli 586 nömrəli Fərmanına uyğun olaraq, Nazirlik daxilində əsas vəsaitlərin bir struktur bölməsindən digərinə verilməsi müvafiq icra orqanının razılığı əsasında həyata keçirilsin;
-- Ayrılmış vəsaitlərin müəyyən edilən layihələr üzrə istifadə edilməsinə nəzarət gücləndirilsin, təmir-tikinti işlərinin proqnozlaşdırılması və icrası müvafiq normativ hüquqi aktlar, eləcə də normativ-metodiki sənədlər, o cümlədən Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları”nın tələblərinə əməl olunmaqla həyata keçirilsin;
-- Mühasibat uçotunun təşkili və aparılmasının “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun və Maliyyə Nazirliyinin 25.12.2018-ci il tarixli Q-13 №-li Qərarı ilə təsdiq edilmiş “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları”nın tələblərinə ciddi əməl edilməklə, 2018-ci ilin maliyyə hesabatlarında və digər hesabatlarda qeyd olunan pozuntular və uyğunsuzluqlar aradan qaldırılmaqla, 2019- cu il üçün müvafiq hesabatlarda nəzərə alınması təmin etsin;
-- Nazirlik tərəfindən mal alışları həyata keçirilərkən alınmış malların uçota mədaxil və məxaric edilməsində yol verilmiş nöqsanların aradan qaldırılması təmin edilsin və uçotun aparılması işlərinə nəzarət gücləndirilsin; -- Nazirlik və onun struktur bölmələrində daxili nəzarət sisteminin təşkili işlərinə xüsusi diqqət yetirilsin.