Tenderlər

Nazirliyə «şapka» verən şirkətin - QAZANDIĞI TENDERLƏR - SİYAHI

Nazirliyə «şapka» verən şirkətin - QAZANDIĞI TENDERLƏR - SİYAHI | FED.az
08:09 14 May 2020

Xəbər verildiyi kimi, Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin həbsi ilə nəticələnən DTX əməliyyatında nazirliyin bəzi tenderləri və bu tenderləri qazanan şirkət, eləcə də tenderlər zamanı verilən rüşvət halları haqqında da məlumat verilir.

Eləcə də bax: Mədəniyyət Nazirliyindən əməliyyat öncəsi - YENİ MÜQAVİLƏLƏR - SİYAHI

FED.az xəbər verir ki, əməliyyat öarədə açıqlanan məlumatlara görə, Binəqədi rayonu İrəvan Dövlət Azərbaycan Dram Teatrı binasının əsaslı təmiri və yenidənqurulma işləri üçün alınan 11 milyondan artıq vəsaitin təqribən 900 min manatı «şapka» kimi nazirliyə qaytarılıb.

Eləcə də bax: Azərbaycanda ən çox sayda tender udan - 21 ŞİRKƏT – SİYAHI

Qeyd edək ki, söhbət «Piramida-F.R» MMC şirkətindən gedir. Şirkət həmin tenderi 2018-ci ildə qazanıb və 2018-ci ilin 12 dekabrında şirkətlə nazirlik  arasında müvayiq müqavilə bağlanıb.

Eləcə də bax: İmişlidə dövlət tenderlərini - KİMLƏR UDURMUŞ? – SİYAHI, MƏBLƏĞLƏR

Şirkətin rəhbəri Şamxal Ağaşirinov bildirib ki, müqavilədə nəzərdə tutulan 11 milyon manat vəsaitin 6 milyon manatı «Piramida-F.R» MMC-yə ödənilib. Ondan ƏDV məbləğini çıxandan sonra qalan məbləğin 20%-i, təqribən 900 min manatı «otkat» kimi nazirliyə qaytarılıb.

Müəssisə rəhbəri 11 milyon manatlıq məbləğin qalan hissəsinin taleyi ilə bağlı məlumat verməyib.

Eləcə də bax: Dövlət tenderlərindən ən çox pul qazanan - 50 ŞİRKƏT – SİYAHI - MƏBLƏĞLƏR

FED.az-ın araşdırmasına görə, «Piramida-F.R» MMC dövlət tenderlərində aktiv iştirak edən şirkətdir. İndiyədək tkcə son iki ildə şirkət dövlət satınalmalarında irili-xırdalı 40 müqavilə udub. Onların əksəriyyəti və ən byöük məbləğləri Mədəniyyət Nazirliyinin qurumları ilə olub. Şirkətin tenderini udduğu qurumlar arasında Xətai rayon icra hakimiyyəti, Ədliyyə Nazirliyi, FHN, hətta Baş Prokurorluq da var.

 

Digər xəbərlər

Banner