“İlin əvvəlində qarşımıza qoyduğumuz bütün məsələlər öz həllini tapıb”.
FED.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində səsləndirib.
Ölkəmizin inamla inkişaf etdiyini söyləyən dövlət başçısı bildirib ki, ölkəmizin beynəlxalq nüfuzu böyük dərəcədə artıb: “Ölkə iqtisadiyyatında müsbət inkişaf var, hərbi gücümüz artıb. Ölkəmizdə sabitlik hökm sürür. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşamışdır”.