Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu müvəkkil banklar üçün faiz subsidiya limitini müəyyən etmək hüququndan məhrum olunub.
FED.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin mayın 1-də imzaladığı "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında" fərmanda qeyd edilib.
Fərmanla Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasına Nizamnamənin müvəkkil banklar üçün faiz subsidiya limitini müəyyən etmək hüququ verən 4.4.10-cu yarımbəndi ləğv olunub.
Həmin yarımbənddə vurğulanırdı ki, hər bir müvəkkil bank üçün faiz subsidiyası ilə əhatə olunan hər təqvim ili üzrə faiz subsidiyası limitini müəyyən edir.