Prezident İlham Əliyevin iş qrafikində istirahət günü yoxdur.
Eləcə də bax: İlham Əliyev: «Bəzi məsələlər mənə məruzə edilmir, çünki onlara sərf eləmir»
FED.az xəbər verir ki, bu barədə prezident özü məlumat verib. Onun sözlərinə görə, hətta istirahət gündərində də evdən işləməyə davm edir:
«Mənim iş qrafikim çox gərgindir, demək olar ki, burada boş yer yoxdur. Hətta bazar günləri mən işə çıxmasam da mən daim əlaqədəyəm və bəlkə də, Azərbaycanda yeganə adamam ki, mənim istirahət günlərim yoxdur.
Hər gün mənim üçün iş günüdür, çünki hər gün məsələləri həll etmək lazımdır, onlar oparetivlik tələb edir. Ona görə də ictimaiyyətə təqdim edilən bəzi daxili görüşlər mənim iş qrafikimdə bəlkə də 5-10 faiz təşkil edir».