Azərbaycanda bəzi dövlət məmurlara mövcud problemləri dövlət başçısından gizlədirlər.
Eləcə də bax: İlham Əliyev iş qrafikindən danışdı: «Bəlkə də Azərbaycanda yeganə adamam ki…»
FED.az xəbər verir ki, Prezident İlham Əliyev TV-lərə müsahibəsində bu məsələ barədəsində danışıb. Dövlət başçısının sözlərinə görə, ölkədəki vəziyyət barədə dəqiq məlumat almaq üçün ictimai nəzarət daha da güclü olmalıdır: «Bizdə bu yoxdur, ya da ibtidai vəziyyətdədir. Əgər ictimai nəzarət olmasa, biz məlumatı haradan ala bilərik?!
Bəzi hallarda mən məlumatı mətbuatdan alıram. Çünki bəzi məsələlər mənə məruzə edilmir, çünui onlara sərf eləmir.
Ona görə də mən ya bölgələrə gedəndə çalışıram onlardan öyrənim vəziyyətlə bağlı, onları narahat edən məsələləri eşidim, ya da özüm təftiş edirəm oradakı işləri. Ya da bu məlumat ictimaiyyətdən verilməlidir».
Prezident bildirib ki, dövlət məmurları hər bir ölkədə ancaq yaxşı raport verməyə öyrəşiblər: «Onlardan soruşsan, deyərlər hər şey əladır, mükəmməldir, heç bir problem yoxdur. Mən bir çox rayonlara gedəndə icra başçısı ilə söhbət edəndə soruşuram nə problem var, deyir hər şey əladır. Ola bilməz axı belə. Ya özü bilmir, ya bunları ört-basdır etmək istəyir, ya da bilmirəm hansı məqsədi güdür».