«Bu binada ən ali kürsüdə oturanların bəziləri indi Bakıdadır. Onlar Bakıya gəlmək istəyirdilər, onlar bizi hədələyirdilər, deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq, haqlı çıxdılar. Onların tankları Hərbi Qənimətlər Parkındadır. Onlar deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. Burada da haqlıdırlar. İndi çay içirlər, istintaq təcridxanasında».
Prezident Xankəndidən xalqa müraciət edir - VİDEO
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərinin əsas meydanında xalqa müraciətində bildirib.
Onun sözlərinə görə, vaxtilə Azərbaycanı hədələyən separatçılar, qondarma «respublika»nın nümaynədələri indi həbs edilərək istintaqa cəlb edilib.
"Bu gün bu meydanda durmaq böyük xoşbəxtlikdir" - İlham Əliyevin Xankəndidəki çıxışı - TAM MƏTN
«Özünü “prezident” adlandırmış üç təlxək bax, burada oturub bizə meydan oxuyurdu, bizi hədələyirdi, bizi təhqir edirdi. Bax, burada oturmuş özünü “prezident” adlandıran 3 təlxək bu gün öz layiqli cəzasını gözləyir. Bu binaların birində oturmuş, özünü “baş nazir” adlandıran bir adam görəsən bu gündəmi bizi hədələməyə cürət edəcək? Onun da çayı bu gün istintaq təcridxanasında verilir. Burada özünü “xarici işlər naziri” adlandırmış bir separatçı o vaxt belə kinayə ilə deyirdi ki, Azərbaycan Bayrağını Xankəndidə qaldırmaq istəyirsə, səfirlik açsın bizim ölkəmizdə. İndi onun da çayı orada, təcridxanada verilir. Bizim Bayrağımız isə bax, oradadır».
İlham Əliyev deyib ki, üç il bundan əvvəl Şuşada Azərbaycan bayrağı qaldırıldı və baş verənlər hamıya dərs olmalı, qarşı tərəf revanş haqqında düşünməməlidir.
«Bu, onlara dərs olmalıdır. Əfsuslar olsun ki, mənim 20 il bundan əvvəl dediyim və ondan sonra dəfələrlə təkrar etdiyim sözlər onlara çatmadı. Onlar hesab edirdilər ki, bu, sadəcə olaraq, sözdür. Xeyr, mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın».