Prezident İlham Əliyev «Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə» fərmanına dəyişiklik edib.
FED.az xəbər verir ki, əsas dəyişikliklərdən biri nazirliyini işçi sayına aid olub.
Belə ki, indiyədək nazirliyin yalnız aparatının işçi sayı göstərilirdi. Bundan sonra isə fərmana Bakı Şəhər Gənclər və İdman İdarəsi və regional idarələrin işçilərinin sayı da əlavə olunub. Nəticədə indiyədək nazirliyin aparat işçiləri 163 nəfər olduğu halda, bura Bakı və regionların 435 əməkdaşı da əlavə olunub.