Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yeni məlumat açıqlayıb: hücumun sürəti azaldılıb, işğalçıların xüsusi əməliyyatları uğursuzluqla nəticələnib.
Eləcə də bax: “Kiyevdə vəziyyət nəzarət altındadır” - Ukrayna Quru Qoşunları
FED.az xəbər verir ki, məlumatda deyilir:
"Rus işğalçıları hücumu ləngitsələr də, Ukraynaya qarşı hücumda bəzi bölgələrdə hələ də uğur qazanmağa çalışırlar.
Hava hücumu zamanı düşmən hərbi və mülki aerodromları, hərbi idarəetmə məntəqələrini, hava hücumundan müdafiə obyektlərini, mühüm infrastruktur obyektlərini, müdafiə zonalarında yerləşən yaşayış məntəqələrini və bölmələrini atəşə tutmaqda davam edib.
İşğalçılar beynəlxalq humanitar hüquq normalarını pozaraq məkrli şəkildə Jitomir və Çerniqov şəhərlərində yaşayış binalarına raket zərbələri endiriblər.
Eyni zamanda, rus işğalçılarının hərbi əməliyyat məqsədinə çatmaq üçün bütün cəhdləri iflasa uğrayıb.
Bu günə olan məlumata görə, Ukrayna briqadalarından yalnız birinin artilleriya atəşi düşmənin 5 kolonundan çox texnikasını və canlı qüvvəsini məhv edib.
Düşmən ruhdan düşüb və çoxlu itkilər verir. Tez-tez fərarilik və itaətsizlik halları baş verir. Düşmən anlayıb ki, təbliğatla reallıq başqadır. İşğalçılar bizdən qorxurlar.
Ukrayna müdafiəçiləri müdafiəni davam etdirirlər.
Gəlin birlikdə qalib gələk!"
(Marja)