Kommunal xidmətlərə görə xeyli miqdarda borcu olan Ukrayna vətəndaşları xaricə getmək hüququndan məhrum edilir və nəqliyyat vasitələri müsadirə olunur.
Eləcə də bax: Kommunal xərclərlə bağlı yenilik – ADAMBAŞINA DÜŞƏN LİMİT ARTIRILIR
FED.az xəbər verir ki, bunu ölkənin Ədliyyə naziri Denis Malyuska deyib.
Onun sözlərinə görə, hər bir vətəndaşın nə qədər vəsaiti olmasını öyrənmək çətin deyil: “Buna bənzər tədbirlər külli miqdarda borcu olan vətəndaşlara tətbiq edilir. Onlar pensiya alan şəxslər qədər ödəniş etmir. Halbuki, pensiyaçılar nümunəvi vətəndaşlardır”.
Qeyd edək ki, 2020-ci ilin mart ayında Ukrayna əhalisinin mənzil-kommunal xidmətlərə olan ümumi borcu əvvəlki aya nisbətən 1,8% azalaraq 60,2 milyard qrivna təşkil edib. (Report)