Ukraynada Dövlət Gömrük Xidmətinin rəisi vəzifəsini icra edən Vyaçeslav Demçenko tutduğu vəzifədən azad edilib.
FED.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə xalq deputatı Aleksey Qonçarenko bildirib.
O qeyd edib ki, Demçenkonun müavinləri - Aleksandr Şutski və Ruslan Çerkaski də işdən çıxarılıb.
Məlumata görə, onların vəzifələrindən azad edilməsi qərar bu həftənin əvvəlində verilib.
Bu gün Nazirlə Kabineti sözügedən qərarı təsdiqləyib. (Report)