Qərb ölkələri Rusiyanın Ukraynanı işğal etməsinin qarşısını almaq üçün rəsmi Kiyevə silah dəstəyin artırırlar.
FED.az xəbər verir ki, son məlumatlara əsasən, xüsusilə Rusiyanın geniş istifadə etdiyi tankalara qarşı mübarizə aparmaq üçün Ukraynaya çoxsaylı tankvuran qurğular verilir.
ABŞ Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki bildirib ki, ABŞ və onun müttəfiqlərinin sayəsində hazırda Ukrayna ordusunda Rusiyanın hər tankına qarşı 90 tankvuran kompleks var.
«ABŞ Ukraynaya Rusiyanın Ukraynadakı hər tankına qarşı 10 tankvuran qurğu verib və verməkdədir. Müttəfiqlərin ötürdlüyü silahları da nəzərə alanda, hər tanka düşən tankvuran nisbəti 90-a yüksəlir»deyə Psaki bildirib.
Bundan əvvəl isə ABŞ-ın müdafiə nazirliyi, Pentaqonun nümaynədəsi Con Kirbi bildirmişdi ki, ABŞ Ukraynaya ABŞ istehsalı olan 100 ədəd Switchblade sistemi göndərib.
Kirbi istisna etməyib ki, Kiyevə Switchblade-nin tank və zirehli texnika vurmaq üçün digər variantları da göndərilə bilər.