Rusiya qoşunlarında sonuncu partiyadan 200-ə yaxın İran istehsalı olan pilotsuz uçan aparat (PUA) qalıb.
Rusiya ordusu Kiyevə İran PUA-ları ilə - HÜCUM EDİB
FED.az xəbər verir ki, bunu Cənubi Ukrayna Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk “Azadlıq” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya İrandan 250-yə yaxın dron alıb və Rusiya hərbçiləri onlara qənaət etmirlər:
“Biz 200-ə yaxın PUA-nın qaldığını təxmin edirik”.
N. Qumenyuk əlavə edib ki, Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin İranın bu pilotsuz aparatlarını uğurla vurduqlarını başa düşürlər. (Report)