Ukrayna Hindistandan onun təhlükəsizliyinə qarant olmağı xahiş edib.
FED.az xəbər verir ki, bu barədə Hindistanın «The Hindu» qəzeti diplomatik mənbələrə istinadən yazır. Kiyevdə həm də ümid edirlər ki, Hindistan müharibədən sonra dağılmış Ukraynanın yenidən qurulmasında aktiv iştirak edəcək.
«Ukrayna Hindistandan daha çox humanitar kömək, dərmanlar, müəyyən texniki və maliyyə dəstəyi gözləyir»-deyə qəzet xəbər verir.
Məlumata görə, indiyədək Hindistan Ukraynaya ümumilikdə 230 tona yaxın humanitar yardım göndərib. Eləcə də Hindistanın əczaçılıq şirkətləri tərəfindən də, ümumi məbləği 7-8 milyon dollar olan ciddi yardım edilib.
Xatırladaq ki, bir qədər əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Çinə də müraciət edərək onu ölkənin təhlükəsizlik qarantı olmağa çağırmışdı.