Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bursa əyalətinin Qəbzə şəhərində ölkənin ilk elektrik avtomobilinin təqdimatını edib və sükan arxasına keçib.
Eləcə də bax: Türkiyədə ilk yerli avtomobil təqdim olundu - FOTO - VİDEO
FED.az xəbər verir ki, Ərdoğanın ilk türk elektrik avtomobilinin kütləvi istehsalına başlamaq haqda sərəncamı daha əvvəl “Resmi gazete”də dərc olunmuşdu. Layihəyə qoyulan investisiyalar 22 milyard dollar təşkil edəcək və bu proses 13 il çəkəcək.
“Bu gün ölkəmiz üçün tarixi gündür. Arzumuz reallığa çevrilir. Uzun illərdir biz öz xüsusi avtomobilimizi buraxmamışıq. 100-dən çox türk mühəndis yeni texnologiyadan istifadə edərək layihə üzərində işləyib. Qemlik rayonunda yeni zavod tikiləcək”, - deyə Ərdoğan çıxışında bildirib.
Onun sözlərinə görə, 2022-ci ilədək bütün Türkiyədə avtomobil batareyalarını doldurma stansiyalarının infrastrukturu hazır olacaq. Satış da 2022-ci ildən başlayacaq.
“Heç kimdən lisenziya və icazə almır, hər cür texniki özəlliyi özümüz müəyyən edirik. Bu avtomobillər ətraf mühitə heç bir ziyan vurmayacaq. Bu gün mütəxəssislərimiz xüsusi pilotsuz aparatlar, təyyarələr, vertolyotlar yaradırlar. Bu da elm, texnologiya sahələrində yüksək mərtəbəyə qalxmağımızın göstəricisidir”, - deyə Ərdoğan söyləyib.