Yaxın Şərqdə gərginlik pik həddinə çatıb.
FED.az xəbər verir ki, iyulun 31-də səhər saatlarında HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyyə Tehrandakı iqamətgahında sui-qəsd nəticəsində öldürülüb.
“HƏMAS” rəhbərinin Tehrandakı iqamətgahı raket atəşinə tutulub.
İran dövlət televiziyasının İran İnqilab Keşikçiləri Korpusunun bəyanatına əsaslanaraq verdiyi xəbərə görə, HƏMAS lideri İsrailin hücumu nəticəsində Tehrandakı iqamətgahında sui-qəsdə məruz qalıb. Hücum zamanı Həniyyənin mühafizəçilərindən biri də öldürülüb.
Qeyd olunur ki, Həniyyə İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra İsrail tərəfindən onun Tehrandakı iqamətgahına reyd olub.
Xatırladaq ki, 13 iyul 2024-cü ildə İsrailin Baş naziri Benyamin Netanyahu bütün HƏMAS rəhbərliyini hədələmişdi.