Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çin səfəri zamanı jurnalistlərin suallarını cavablandırıb.
FED.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan, ABŞ-ın, "Rusiuyadan S-400 alsanız F-35-lər təhvil verilməyəcək" açıqlamalarına, "Sən müştərinin malını necə vermirsən, bunun adı qəsb olar" deyərək reaksiya göstərib.
Prezident, "Biz birgə istehsalçıyıq" vurğusu edərək, "Siz bir müştəri axtarırsınızsa, bir müştəri çıxmışsa, o müştəri də ödəmələrini ahəngdar edibsə, sən o müştərinin malını necə vermirsən?! Bunun adı qəsb olar. Biz bu ana qədər 1,4 milyard dollar ödəmə etmişik. Əsgərlərimiz, pilotlarımız bir general ilə təhsilə gedib. 4 ədədini təhvil verdilər, digərlərini vermirlər" deyib.
Ərdoğan, G-20 sammitində ABŞ Prezidenti Donald Tramp ilə keçirdiyi görüş üçün, "Cənab Trampın görüşdə yoldaşlarıma istifadə etdiyi ifadələr, onlara qarşı ortaya qoyduğu mövqe, təqdirəlayiqdir. Mən də onlara bu cür davranışlarını sevdiyimi bildirdim" deyib.