Martın 24-nə olan məlumata görə, Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi əməliyyat Ukraynanın infrastrukturuna 62 milyard 889 milyon dollar həcmində zərər vurub.
FED.az xəbər verir ki, bu barədə hesabatı Kiyev İqtisadiyyat Məktəbinin analitika şöbəsi hazırlayıb.
Bildirilir ki, bu rəqəm ötən həftə 3,5 milyard dollar idi.
Analitiklərin hesablamalarına görə, fevralın 24-dən indiyədək Rusiya ordusu tərəfindən Ukraynada 8 mindən çox yol, 260 körpü, 4 min 431 yaşayış yeri, 92 fabrik və ya müəssisə, 378 təhsil müəssisəsi, 138 səhiyyə ocağı, 2 liman, 8 mülki və 10 hərbi hava limanı, içərisində atom elektrik satansiyası da olmaqla 8 elektrik stansiyasına zərər vurulub və yaxud dağıdılıb. (Qafqazinfo)