Avropada Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya ötürülməsi üçün qanun hazırlanır.
FED.az xəbər verir ki, Avropa Komissiyası Ukraynada Rusiyanın müsadirə edilmiş aktivlərinin və rus oliqarxlarının aktivlərinin Ukraynaya bağışlanması üçün qanunvericilik bazası hazırlayır.
Bu barədə Avropa Parlamentində Avrokomissiyanın rəhbəri Ursula fon der Layen bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı bu işi müharibənin başa çatmasını gözləmədən etmək istəyir və bununla bağlı «Böyük yeddilik» ölkələrinin iştirakı ilə Ukraynanın bərpası üzrə toplantı keçiriləcək.