Rusiya hərbçiləri Moskva vaxtı ilə saat 18-00-dan (Bakı 19-00) Ukraynada hücum əməliyyatlarını bərpa edib.
FED.az xəbər verir ki, bu barədə məlumat verən Rusiya MN-nin sözçüsü general-mayor İqor Konaşenkov bildirib ki, Mariupol və Volnovaxada sakitlik rejimi başa çatdıqdan sonra Rusiya ordusu yenidən hücuma başlayıb.
“Kiyevin millətçilərə təsir etmək və ya susqunluğu uzatmaq istəməməsi səbəbindən əməliyyatlar bərpa edilib”, - o qeyd edib.
Konoşekov bildirib ki, sözügedən ərazilərdən heç bir mülki şəxs çıxa bilməyib. Buna görə də saat 18.00-dan etibarən (Bakı vaxtı ilə 19.00) Rusiya silahlı qüvvələri əks hücuma başlayıb.
Xatırladaq ki, təxliyə prosesinin alınmamasına görə tərəflər bir-birini ittiham edir.