Ukraynanın danışıqlardan imtina etməsindən sonra Rusiya qoşunları bütün istiqamətlərdə hücumə keçmək əmri alıb.
FED.az xəbər verir ki bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
«Bu gün Ukrayna tərəfinin danışıqlar prosesindən imtina etməsindən sonra bütün bölmələrə əməliyyatın aparılması planına uyğun olaraq bütün istiqamətlərdə hücuma keçmək əmri verilib»- o bildirib.
Konaşenkonun sözlərinə görə, qondarma Donesk və Luqans qoşunları Rusiya qoşunlarının dəstəyi ilə ukrayna ordusunun mövqelərinə hücum edirlər. Rusiya qoşunları Rubejnoe yaşayış məntəqəsinə də hücum edir.