Polşa 2-ci Dünya Müharibəsində dəyən zərərə görə, Almaniyadan 1,32 trilyon dollar tələb edəcək.
FED.az xəbər verir ki, bu barədə Polşanın hakimiyyətdə olan «Hüquq və ədalət» partiyasının lideri Yaroslav Kaçinski bildirib.
Onun sözlərinə görə, Polşa 2-ci Dünya müharibəsi zamanı 3-cü Reyxin ölkəyə vurduğu zərəri ümumilikdə 6,2 trilyon zlotı – 1,3 trilyon dollar məbləğində qiymətləndirir.
Qeyd edilir ki, müharibədə Polşa 5,2 milyon nəfər itirib, ölkəyə birbaşa maddi zərər isə 797 milyon zlotı olub. Mədəniyyət sahəsində ölkə 19 milyon zlotı, bank sahəsində isə 89 milyon zlotı zərər dəyib. Sığorta zərərləri isə ayrıca maddə iləç hesablanır.
«Qərar qəbul edilib ki, bununla bağlı Almaniyaya müraciət edilsin, bu barədə bəyan etmək Polşanın vəzifəsidir» - deyə Kaçinski bildirib.
Xatırladaq ki, 83 il əvvəl, 1939-cu ildə nasist Almaniyası Polşaya hücum etmiş, bunnula da 2-ci dünya müharibəsi başlamışdı.