Pakistan Silahlı Qüvvələri ölkənin sabiq prezidenti Pərviz Müşərrəf haqqında qəbul edilən edam qərarına etiraz edib.
FED.az xəbər verir ki, ordunun mətbuat xidməti dekabrın 17-də bununla bağlı bəyanat yayıb.
Eləcə də bax: Pərviz Müşərrəf haqqında - EDAM HÖKMÜ ÇIXARILIB
“Ordu qərargahının keçmiş komandiri, Baş Qərargah Rəisləri Komandanlığının sədri və 40 il ölkəsinə xidmət etmiş, dövləti uğrunda döyüşlərdə iştirak etmiş Pakistan prezidenti heç bir halda xain ola bilməz. Pakistan Silahlı Qüvvələri ölkə konstitusiyasına uyğun olaraq ədalətin təmin olunmasını gözləyir”.
Pakistan hərbçilərinin fikrincə belə bir ağır hökm – nonsensdir.
Qeyd edək ki, Pakistanın xüsusi məhkəməsi ölkənin sabiq prezidenti Pərviz Müşərrəf haqqında edam hökmü çıxarıb.