Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu gün jurnalistlərlə görüşüb.
FED.az xəbər verir ki, M.Şentop jurnalistlərə açıqlamasında bildirib ki, ATƏT-in Minsk qrupu 30 il ərzində bu münaqişəni həll etmək istəmədiyi üçün məsələ həll olunmayıb: “Həmsədrlər tərəf tuturlar. Biz demirik ki, həll etməyə çalışıblar, amma həll edə bilməyiblər. Onlar bunu həll etmək istəməyiblər. Ermənistanın tərəfini tutublar, Ermənistanı silahla təmin ediblər”. (Qafqazinfo)