NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, Ukraynada sülh mümkündür, amma məsələ yalnız ondadır ki, Ukrayna bunun üçün nə qədər ərazisini güzəştə getməli olacaq. Ona görə də NATO Ukraynaya kömək edir ki, güzəşt minimal olsun.
FED.az xəbər verirki, NATO rəhbəri bildirib: «Ukraynada sülh mümkündür, Sual odur ki, onun qiyməti necə olacaq. Bu sülhə görə biz nə qədər ərazi, azadlıq və demokratiya itirəcəyik. NATO Ukraynaya kömək edir ki, o hərbi əməliyyatlar başa çatdıqdan sonra Rusiya ilə danışıqlarda daha güclü mövqeyə malik olsun»-deyə Stoltenberq bildirib.
NATO rəhbəri bildirib ki, qurumun hərbçiləri bu münaqişədə iştirak etmir. NATO bu əməliyyatların alyans üzvü olan ölkələrə keçməsini istəmir.