ABŞ-nin Oman körfəzindəki blokadası səbəbindən İran təxminən 5 milyard dollarlıq neft gəlirindən məhrum olub.
KİV: Tramp İrana qarşı uzunmüddətli blokadaya hazırlamağı tapşırıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, “Axios”un məlumatına görə, bu barədə Müharibə Departamentinin hesablamalarında qeyd olunub. Bildirilir ki, bu İran hökumətinə görünməmiş təzyiq yaradıb.
Aprelin 13-də blokada başlayandan ABŞ ordusu neft və digər qaçaqmalçılıq daşıyaraq blokadadan keçməyə çalışan 40-dan çox gəmini geri qaytarıb. Məlumata əsasən, ümumilikdə, 53 milyon barel İran nefti ilə yüklənmiş 31 tanker körfəzdə ilişib qalıb və onların dəyəri ən azı 4,8 milyard dollardır. ABŞ tərəfindən iki gəmi ələ keçirilib. (Azərtac)













