Türkiyədə lirənin məzənnəsi möhkəmlənsə də, siyasi və iqtisadi sahədə gərginlik hələ davam edəcək. FED.az xəbər verir ki, bu barədə maliyyə bazarları üzrə ekspert Cəfər İbrahimli bildirib. Onun sözlərinə görə, cari həftənin başlaması ilə Maliyyə Bazarlarına nəzarət Palatası tərəfindən bankların svap əməliyyatlarına məhdudiyyət tətbiq etmək qərarı aldı.
Eyni zamanda ölkənin MB tərəfindən Məcburi ehtiyat normalarının azaldılması, bankların MB-da saxladıqları təminatların diskoun dərəcəsini azaldaraq təminat miqdarının artırılması və 90 günlük repo əməlyyatlarının açılması ilə bazara valyuta və TL ilə əlavə likvidliyin verilməsini təmin etdi.
Bunlara paralel olaraq, hökumət tərəfindən ölkənin aparıcı iqtisadi birliklərin və bankaçılıq sektorunun aparıcı rəhbərləri başladılan dollara qarşı təbliğat kampaniyasına cəmiyyətin bir hissənin qoşulması ilə TL-nin sürətli dəyər itkisinin önünə keçildi hətta TL məzənnəsi 6.4 və sonradan 5,8 lirə səviyyəsinə qədər endi.
Bu dəyər qazanmanın altında yatan ən önəmli səsblərdən biri, Rahibin vəkili tərəfindən təkrar məhkəməyə müraciət edilməsi ilə bağlı xəbərlər və ABŞ və Türkiyə arasında anlaşmanin sağlandığı və rahibin buraxılacağı xəbərləri oldu.
Diğər önəmli bir səbəb isə USD/TL məzənnəsi investorlar tərəfində gözlənən psixoloji səviyyə olaraq 7-yə yüksəlməsi və bundan sonra mənfəət satışlarının başlamasının müşahidə olunması.
Bu gündən etibarən Türkiyə tərəfindən ABŞ-dan idxal olunan 1.8 milyon USD həcmində qida məhsullarına tətbiq olunan vergilərin 2 dəfə artırılması gərginliyin davam edəcəyinin təsdiq etmiş oldu.