Ermənistan Azərbaycan və Gürcüstanla sərhədlərin demarkasiyası prosesini sürətləndirmək niyyətindədir.
“Bu, müharibəyə gətirib çıxara bilər”
FED.az xəbər verir ki, bu barədə yerli “Joğovurd” nəşri yazıb.
Nəşrin sözlərinə görə, erməni tərəfi iki ölkənin sərhədində, Ermənistanın Lori vilayətinin Alaverdi bölgəsində yerləşən Ciliza kəndini Gürcüstana qaytarmağı planlaşdırır.
Həmçinin əlavə edilib ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu yaxınlarda İrəvana səfəri zamanı erməni həmkarı Nikol Paşinyanla bu məsələ ətrafında müzakirə aparıb. (Apa)