“Ermənistan Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiya məsələsini müzakirə etməkdən imtina etsə, bu, müharibəyə gətirib çıxara bilər”.
"Azərbaycanla delimitasiya Tavuş vilayətindən başlayacaq"
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Sputnik Ermənistan”ın yazdığına görə, bu barədə bu ölkənin Baş naziri Nikol Paşinyan Tavuş bölgəsinə səfəri zamanı sakinlərlə görüşündə danışıb.
Sakinlərdən birinin sualına cavab verən Paşinyan bildirib: “İndi heç bir delimitasiya və demarkasiya olmayacaq deyərək zalı tərk edib getmək olar. Lakin bu o deməkdir ki, həftənin sonunda müharibə olacaq. Və mən bu müharibənin sonunda nə olacağını da bilirəm. Sonra Respublika meydanından haradasa qarşılaşdığımızda siz deyəcəksiniz: “Yaxşı, biz sadə kəndlilərik, bizim məlumatımız yox idi, axı siz bilirdiniz”.