İranın ali rəhbəri Ayətullah Əl Xameneyinin ABŞ və İsrail tərəfindən öldürülməsindən sonra İran hökuməti yeni ali rəhbər seçmək üçün rəsmi prosesə start verib.
İran hadisələri neftin qiymətini «partlatdı» - KƏSKİN BAHALAŞMA, QİYMƏT 73 DOLLARI KEÇDİ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, İranın konstitusiyasına uyğun olaraq növbəti liderin seçilməsi məsuliyyəti 88 üzvdən ibarət Ekspertlər Şurasına məxsusdur. Bu qurum yaxın saatlarda yeni ali rəhbərin seçilməsi üçün iclasa toplanacaq.
Hələliksə, Xameneyinin vəfat etməsindən sonra, İranda müvəqqəti rəhbərlik sistemi təşkil edilib: İran Prezidenti, məhkəmə hakimiyyətinin rəhbəri və Konstitusiyanın Müdafiəsi Şurasından bir üzv daxil olmaqla üç nəfərdən ibarət Rəhbərlik Şurası ali rəhbərin vəzifə və səlahiyyətlərini icra edir. Yeni ali rəhbər seçilənədək ölkəni bu şura idarə edəcək.
İran Xameneinin ölümünü təsdiqlədi, matəm elan edildi – Ordu qisas alacağını elan edib
İran konstitusiyasına görə Ekspertlər Şurası mümkün qədər tez toplanmalı və ali rəhbər vəzifəsini doldurmaq üçün namizədlər üzərində müzakirələr aparmalıdır. Bu iclaslar adətən yalnız şura üzvlərinin iştirakı ilə keçirilir və ictimaiyyətə məhdud açıqlama verilir.
Yeni liderin seçilməsi və kim olacağı İranın siyasi gələcəyi üçün kritik əhəmiyyət kəsb edir, çünki ənənəyə görə, ali rəhbər İranın həm daxili, həm də xarici siyasətində əsas rola malikdir. Bir çox ekspertlər hesab edir ki, bu iclaslardan çıxacaq qərarlar həm İran daxilindəki güc balanslarını, həm də regiondakı mövcud gərginliyi əhəmiyyətli dərəcədə təsir edəcək.
Beləliklə, Ekspertlər Şurasının iclası bu gün keçiriləcək və yaxın günlərdə İrana yeni ali rəhbərin kim olacağına dair qərar gözlənilir — bu da regionda və beynəlxalq siyasətdə yeni vəziyyət yarada bilər.
“Unibank” pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
Xatırladaq ki, bir neçə gün əvvəl “The New York Times” yazmışdı ki, İranın ali rəhbəri Ayətullah Əli Xamenei ABŞ ilə hərbi münaqişə zamanı sui-qəsd və ölkənin idarəetmə sistemində mümkün pozuntu halında fövqəladə hallar planının hazırlanması barədə göstəriş verib.
Yanvarın əvvəlində İranın etirazları və ABŞ-nin zərbə təhlükəsi ilə üzləşdiyi bir vaxtda Ali Rəhbər ölkəyə rəhbərlik etmək üçün müttəfiqi Əli Laricaniyə müraciət edib. NYT-nin qeyd etdiyi kimi, o vaxtdan İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı və Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri 67 yaşlı Laricani faktiki olaraq İranı idarə edir.
Nəşrin yazdığına görə, Xamenei şəxsən təyin etdiyi hərbi komandanlıq və hökumət vəzifələrinin hər biri üçün dörd varislik səviyyəsini müəyyən edən bir sıra direktivlər verib. O, bütün rəhbər vəzifələrdə olanlara dörd nəfərə qədər varis təyin etməyi tapşırdı və onunla əlaqənin kəsilməsi və ya ölümü halında qərar qəbul etmək üçün məsuliyyətləri etibarlı şəxslərin kiçik bir dairəsinə həvalə etdi.











