2025-ci il ərzində Azərbaycanın ən böyük banklarından olan “Unibank” gəlirlərinə görə dördüncü pillədə qərarlaşıb.
FED.az biznes və maliyyə xəbərləri portalı “Unibank”ın gəlir mənbələrini araşdırıb.
Azərbaycanda banklar pulu nədən qazanırlar? – GƏLİR MƏNBƏLƏRİ, MƏBLƏĞLƏR – BANKLAR (31.12.2025)
2025-ci il ərzində “Unibank”ın ümumi gəlirləri əvvəlki ilə nisbətən 11,8% artaraq 397 milyon 522 min manata çatıb.
Azərbaycanda sistem əhəmiyyətli banklar açıqlandı – SİYAHI, TƏLƏBLƏR
“Unibank”ın gəlirlərinin ən böyük hissəsi – 238 milyon manatı və ya bütün gəlirlərin 60%-i kredit portfelinin gəlirlərindən formalaşıb. Bu gəlirlər son bir ildə 8% artım göstərib.
Komissiya haqlarından isə 126 milyon 901 min manat daxil olub, bu bankın bütün gəlirlərinin 32%-i deməkdir. Başqa sözlə, bu iki gəlir maddəsi “Unibank”ın gəlirlərinin 92%-ni təşkil edib. Komissiya gəlirləri də illik müqayisədə 20,8% artıb.
Digər sahələrdən gəlirlər elə də böyük həcmdə deyil. Belə ki, valyuta əməliyyatlarından gəlirlər 16,5 milyon manat və ya ümumi gəlirlərin 4%-i həcmində olub ki, bu da, illik müqayisədə 1% çoxdur.
Daha 3 milyon 738 min manat və ya ümumi gəlirlərin 1%-ni “Unibank”ın qiymətli kağızlara yatırımları təmin edib. Bu gəlirlərdə 2024-cü ilə nisbətən 20,3% azalma görünüb.
Başqa banklarda depozit yerləşdirilməsindən gəlirlər bir ildə 42,4% artaraq 3 milyon 528 min manata çatıb ki, bu da, ümumi gəlirlərin 1%-i deməkdir.
Həmçinin digər banklara kreditlərdən ötən ilə nisbətəb 2,8 dəfə çox – 609 min manat gəlir əldə edilib. Bu gəlir ümumi payda cüzi hissəni tutub.
Gəlirlərin 8 milyon 197 min manatını isə “Unibank”ın digər faiz və qeyri-faiz gəlirlərindən daxil olub. Ümumi gəlirlərində faiz və qeyri-faiz gəlirləri 2%-lik yer tutub. Ümumiyyətlə, son bir ildə bankın faiz gəlirləri 21%, qeyri-faiz gəlirləri isə 27,4% artıb.
2024-2025-ci illər ərzində “Unibank”ın gəlirlərinin məbləği, onun ümumi gəlirlərdəki payı və gəlirlərin məbləğinin illik dinamikası aşağıdakı kim olub:
|
Gəlir mənbələri |
Məbləğ - 2024 |
Ümumi gəlirdə payı - 2024 (%) |
Məbləğ - 2025 |
Ümumi gəlir də payı - 2025 (%) |
Məbləğlərin illik müqayisəsi - % |
|
Kredit portfeli üzrə faiz gəliri |
220 388 |
62% |
238 050 |
60% |
8,00% |
|
QK-a investisiyadan gəlir |
4 691 |
1% |
3 738 |
1% |
-20,30% |
|
Digər banklara depozitlərdən gəlirlər |
2 478 |
1% |
3 528 |
1% |
42,40% |
|
Digər banklara kreditlərdən gəlirlər |
215 |
0% |
609 |
0% |
2,8 dəfə artım |
|
Komissiya haqları |
105 009 |
29% |
126 901 |
32% |
20,80% |
|
Valyuta əməliyyatlarından gəlirlər |
16 285 |
5% |
16 499 |
4% |
1% |
|
Digər faiz gəlirləri |
4 388 |
1% |
5 308 |
1% |
21,00% |
|
Digər qeyri-faiz gəlirləri |
2 267 |
1% |
2 889 |
1% |
27,40% |
|
|
|||||
|
Cəmi gəlirlər |
355 721 |
100% |
397 522 |
100% |
11,80% |












