ABŞ və İsrailin fevralın 28-də İrana hücumu və ondan sonra başlayan hərbi əməliyyatlar fonunda dünya bazarında neftin qiyməti bahalaşıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2,03 dollar artaraq 72,87 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında isə “Light” markalı neftin bir barelinin qiyməti isə 1,81 dollar artaraq 67,02 dollar olub.
Bundan başqa, son məlumatlara görə, Londonun ICE birjasında 2026-cı ilin may ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti bir barel üçün 73 dolları keçib .
Dünən axşam, «Brent» markalı neftin qiyməti 3,06% artaraq barel üçün 73,01 dollara çatıb.
«Brent» neftinin belə yüksək qiyməti sonuncu dəfə 30 iyul 2025-ci ildə olmuşdu. Bundan başqa, ABŞ-ın Liyht markılı nefti də aprel ayı müqavilələri üzrə 67,37 dollara yüksəlib.
Analitiklər bu hadisələr nəticəsində neftin 80 dollara yüksələcəyini gözləyirlər.












