İranda iqtisadi problemlər qarşısında səmərəsiz olmaqda günahlandırılan iqtisadiyyat naziri Abdel Nasser Himmeti tutduğu vəzifədən uzaqlaşdırılıb.
FED.az xəbər verir ki, İran parlamenti iqtisadiyyat naziri Himmetiyə qarşı etimadsızlıq təklifini təsdiqləyib.
Himmeti ilə bağlı təqdim edilən təklif açıq iclasda 6 saat davam edən müzakirədən sonra səsə qoyulub. Təklif 89 əleyhinə 182 səslə qəbul edilib. 1 deputat bitərəf qalıb. Belə ki, Himmeti Məclisdən etimad səsi ala bilməyib tutduğu vəzifədən uzaqlaşdırılıb.
Xatırladaq ki, bir qrup millət vəkili iqtisadi problemlərin dərinləşməsinə görə İqtisadiyyat naziri Əbdünnasır Himmetinin məsuliyyət daşıdığını elan edərək onun əleyhinə parlamentə etimadsızlıq təklifi təqdim etmişdi.
Himmeti valyuta və qızılın məzənnələrinin hədsiz artmasına biganə qalmaqda ittiham olunurdu.