İran Hörmüz boğazından keçmək üçün təsdiq edilmiş gəmilər üçün ödəniş almağa başlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, «Lloyd's List» nəşrinin məlumatına görə, İran Hörmüz boğazında «təhlükəsiz dəhliz» yaradıb və oradan keçən gəmilər üçün rüsum almağa başlayıb.
«Təhlükəsiz dəhliz» marşrutu Larak adası yaxınlığındakı İran ərazi sularından keçir. Bu əraziyə giriş icazəsi Tehranla razılaşdırmadan və İran Hərbi Dəniz Qüvvələri və liman rəhbərliynin baxışından sonra sonra verilir.
Artıq bu üsulla Hörmüz boğazından azı doqquz gəmi istifadə edib. Amma onlardan neçəsinin İrana icazə üçün pul ödədiyi məlum deyil, çünki bəzi hallarda tərəflər bu barədə məlumat açıqlamırlar. Amma operatorlardan biri öz tankerini Hörmüz boğazına buraxmaq üçün təxminən 2 milyon dollar ödəməli olub.
Hazırda İran hökuməti dəhlizdən keçid üçün icazələri hər bir hal üçün ayrıca verir. Tezliklə rəsmiləşdirilmiş tranzit təsdiq sisteminin istifadəyə verilməsi gözlənilir.
Ama hətta "təhlükəsiz dəhliz" yaradıldıqdan sonra belə, Hörmüz boğazında gəmilərin hərəkəti minimal olaraq qalıb. 15-17 mart tarixləri arasında buradan yalnız 15 gəmi keçib.
Martın 20-də The Wall Street Journal qəzeti Saudi Aramco analitiklərinə istinadən bildirib ki, Brent markalı xam neftin qiyməti aprelin sonuna qədər 180 dollara çata bilər. Bu, İran Hörmüz boğazını bağlamağa davam edərsə baş verəcək.











