İran, Ukrayna təyyarəsinin insan səhvi ilə vurulduğunu açıqladı
İran Müdafiə Nazirliyi Ukrayna Hava Yollarına aid təyyarənin "səhvən" raketin dəyməsi nəticəsində düşdüyünü açıqlayıb.
Eləcə də bax: Ukraynanın sərnişin təyyarəsi İranda - QƏZAYA UĞRAYIB
FED.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi ölənlərin ailələrindən üzr istəyib və baş sağlığı verib.
Ölənlərin ailələrinin İrandan təzminat tələb edəcəkləri gözlənilir.
İran, Kanada, Əfqanıstan, İngiltərə, Almaniya və Ukrayna vətəndaşlarının olduğu təyyarədəki 167 sərnişin və 9 pilotdan xilas olan olmamışdı.
Bir neçə gün öncə gecə saatlarında İran ABŞ-ın İraqdakı bazalarına raket hücumu təşkil etmişdi. Həmin gecə Ukrayna Hava Yollarına aid təyyarə düşmüşdü. İlk öncə İran təyyarənin texniki problemə görə düşdüyünü açıqlamışdı.