İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından icazəsiz keçməyə cəhd edən üç neft tankerinin saxlanıldığını açıqlayıb.
FED.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası SEPAH-a istinadla məlumat yayıb.
Məlumata görə, hərbçilərin xəbərdarlıqlarına məhəl qoymayaraq təhlükəli və qanunsuz marşrutla hərəkət edən üç tanker saxlanılıb.
Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.














