“The Economist” Özbəkistanı ilin ölkəsi adlandırıb
“The Economist” jurnalı özünün “İlin ölkəsi” nominasiyasında Özbəkistanı apardığı islahatlar sayəsində daha çox irəliləyiş əldə edən dövlət adlandırıb.
FED.az xəbər verir ki, bu barədə məlumat “The Economist” nəşrinin saytında yerləşdirilib.
Eləcə də bax: Özbəkistanın dövlət orqanlarında kağız üzərində sənədləşmə - LƏĞV EDİLƏCƏK
Cəzaların icra olunması üzrə ixtisaslaşmış “Jaslık” koloniyasının ləğvi, xarici jurnalistlərin ölkəyə buraxılması, kiçik biznesə rüşvət almaq məqsədilə edilən təzyiqlərin qarşısının alınması, üzvləri Mərkəzi Asiyanın müxtəlif ölkələrində yaşayan ailələrin birləşməsinə imkan vermək üçün sərhədlərin açılması Özbəkistanın yeni hakimiyyətinin əsas nailiyyətləri arasında yer alıb. Jurnal, həmçinin xarici mütəxəssislərin milli iqtisadiyyata yardım məqsədilə Özbəkistana dəvətini də yüksək qiymətləndirib.
Qeyd edək ki, “The Economist” nəşrinin reytinqinə düşən digər ölkələrin sırasına Yeni Zelandiya, Şimali Makedoniya və Sudan da daxil olub.