Fransanın "Air France" və Britaniyanın «British Airways» aviaşirkəti sentyabrın 18-dən İranın paytaxtı Tehran şəhəri ilə hava əlaqəsini dayandıracaq. FED.az xəbər verir ki, bu barədə şirkətlər özləri məlumat yayıblar. Şirkətlərin hər ikisi uçuşları dayandırdıqlarını sanksiyalarla deyil, iqtisadi səbəblərlə – müştəri azlığı ilə əlaqələndiriblər.
«Air France»nin nümayəndəsi bildirib ki, "Biz Tehrana iqtisadi mülahizələrə görə uçuşları dayandırırıq, hazırda İrana uçan reyslərdə bizim gözləntilərimiz qədər bilet satışı yoxdur". Onun sözlərinə görə, İrana uçuşlar 2016-cı ildən bərpa olunmuşdu, amma indi bu istiqamətdə uçuşlar iqtisadi cəhətdən səmərəli deyil.
«British Airways» də uçuşları dayandırmağını iqtisadi məsələlərlə əlaqələndirib. Şirkətdən bildirilib ki, hazırda indiyədək bilet almaş müştəriləri daşınması üçün başqa daşıyıcılarla danışıqlar aparılır. Alternativ olaraq həmin şəxslərin biletlərinin pulu qaytarılacaq.
Qeyd edək ki, ABŞ İranla nüvə müqaviləsindən çıxdıqdan sonra bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq edib. Adı çəkilən şirkətlərin İrana uçuşlarının dayandırılması da böyük ehtimalla bu səbəblə bağlıdır.
İki şirkət İrana uçuşları dayandırıb – SANKSİYALAR GÜCLƏNİR
10:08
24 Avq 2018