Banner

Digər

«Hər şey bahalaşıb, ala bilmirik» - TÜRKİYƏ BAZARINDAN REPORTAJ  

«Hər şey bahalaşıb, ala bilmirik» - TÜRKİYƏ BAZARINDAN REPORTAJ   | FED.az
10:43 6 Avq 2018
Türkiyədə bolluqdu. Amma bazarlarda həm alan, həm satan üsyan edir.  İyul ayının sonlarıdı, amma Türkiyə bazarları el dili ilə desək "od tutub yanır". Bu hələ bazarlarda qiymətlərin düşmüş halıdı. Qurban Bayramının yaxınlaşması da qiymətlərə təsir edir. Hər halda satıcılar belə deyir. Əllərindəki məhdud pulla alver etməyə çalışan vətəndaşlar isə deyir ki, 100 lirayla (qeyd edim ki, 1 lira Azərbaycan manatıyla 33 qəpikdi) bazara çıxan vətəndaş demək olar ki, əliboş qayıdır. Məsələn, 1 603,12 TL əsgəri ücrət (sabit tətbiq edilmiş maaş) alan vətəndaş 1000 lira və üstü ev kirası, elektirik, su, dogal qaz pulu verir və demək olar ki, geriyə heç nə qalmır. Nəzərə alsaq ki, Türkiyənin böyük bir hissəsi kömür sobası istifadə edir, o xərcləri bir az daha artırır. Bu səbəbdən bazardakı qiymət sadə vətəndaşın yaşayışına bir başa təsir edir. 
 
Əvvəlcə bazarlarda meyvə və tərəvəzin qiymətinə baxaq. İstanbulda yaşadığım səmtin bazarına çıxıram. İlk rastlaşdığım elə qonşum olur. Nə var nə yox deyirəm. "Hər sey eyni, hətta daha pis deyir. Bahaliqdı, nə alacagıma qərar verə bilmirəm deyir".  Mən də gəzməyə başlayıram.
 
Piştaxtalara baxıram:
Pomidor - 2.50. 3 tl.
Xiyar- 2, 3 tl. 
Biber dolmalıq- 5 tl
Acı bibər - 8 tl
Çarliston bibər- 6 tl
Kartof 4 tl
Soğan  4-5 tl   
Üzüm 4.5- 5  tl 
Fındıq 6 tl 
Balqabaq 3 tl 
Bal üzüm 4 tl 
Qovun 1 dənə 6 -10 tl 
Qarpız kilosu 1.5-2.5 TL. (gəldiyi bölgəyə görə dəyişir)
Armud 4.50 tl 
Alma - 3, 4 .5 tl
Gavalı 3 tl,
gilas 7 tl, 
zogal 10 tl,
gilənar-7 tl
Misir (8 dənə) 10 Tl ( tək tək satılmır)
Yerkökü 4 TL 
Lobya-3 tl
Badımcan -2.5 tl. 
 
Bundan başqa bazarda zeytin, pendir, yumurta satılır. Zeytunun kilosu 15 tl dən 25 liraya qədər yüksəlir. Eləcə də pendirin kilosu 20 liradan 45 liraya qədər artır. Yumurtanın qiyməti isə demək olar ki, bir neçə aydı ən çox yüksələn yeyəcəkdi. Məsələn qışda bazarda 1 qutu (20 ədəd) yumurta 9 liraya alınırdı, artıq bu qiymət 13, 15 və 16 lira arasında dəyişir. 
Türkiyədə deyirlər ki, bu ilin bahalıq çempionu kartof və sogan oldu. Bu aylarda kilosu 1 liraya satılan ayrılmaz ikilini 3 liradan aşagı tapmaq olmaz. O da axşam bazarında. 
Əvvəlcə vətəndaşlarla danışdım. Bazardan evə necə dönəcəklər. Nurten adlı xanımla söhbət edirəm deyir ki, “qəzetçi qız məni heç danışdırma dərdim böyüdür”:
- Əvvəl 3 kilo 5 kilo kartof sogan alırdıq. indi dünənə qədər 7-8 liraya çıxmışdı qiyməti, məcbur 2 ya 3 ədəd alərdıq. indi guya qiymət düşüb. Yenə 1 kilodan çox ala bilmirik.
Ət yemirik, meyvə səbzəylə qidalanaq dedik, o da qiymətlər əl yandırır. Nə alaq? Seçim etmək olmur. Mən əvvəl uşaqlarla gələrdim bazara, indi gələ bilmirəm. Çünkü uşaq baxır canı çəkir, ala bilmiriq.
 
Bəs bu qiymətlərin artmasına səbəb nədir? 
 
Satıcılar da elə alıcılar qədər şikayətçidir.  Mustafa adlı satıcı deyir ki, 15 ilə yaxındı bazara çıxır. 
- Bu ilki qədər agır il olmamışdı. 3 ədəd  sogan, kartof alan var. Mazut bahadı, tarlalarda əkin yoxdu. Çünkü gübrə bahadı, su bahadı, xərci borcunu ödəmir. Məmləkətdən bura gələnə qədər qiymət 3 dəfə artır. Bu il bizim 70 ton bibərimiz vardı. Nə oldu? Çəkdiyimiz xərci çıxara bilmədik. Türkiyədə ən çox tükətilən səbzədi bibər. Amma hamısı piştaxtada qaldı. Vətəndaş ən vacib yeyəcəkləri alıb çıxır. Vətəndaş bir həftəbecər yeməyi edəcək 43 lira xərcləmədi. Lobya, badımcan, sogan, pomidor aı və hesabla. Əti hec hesablamıram.
 
Bostandakı qiymətlər da yüksəkdir

Bura bazardı. Bir də Organik bəslənənlər var. Onlar isı Bostanlardan alış veriş edir. daha dogrusu bostana gedir və öz əlləri ilə tagından səbzəsini toplayır. Biz də getdik və sizə Bostandakı qiymətləri öyrəndik. 
 
Pomidor - 7 tl
Xiyar - 6 tl
Bdımcan - 5 tl
Kabak- 5 tl
Lobya - 8 tl
Bibər - 10 tl
Pazı- 3 tl
Qara kələm-  4 tl
Yemiş 1 kilosu 5 tl
Qarpız 1 kilosu 3 tl 
 
Zəngin insanların özəl bostanları varmış
Qeyd edim ki, bostanda da qiymətlər ötən ilə görə yüksəlib. Bostan sahibləri bunun müştərinin azalması, bostanda əkin işlərinin bahalaşması oldugunu deyir. Çünkü  təmiz toxum bahadı. Amma bostanda da alıcılıq qabliyyəti aşagı düşüb.
Zəngin insanların özəl bostanları oldugunu deyən bostan sahibi İrfan Duymaz orta təbəqədə artıq əvvəlki kimi dogal bəslənmir . "Çünkü bostana gələn 1 kilo səbzə üçün gəlmir. Uzaq məsafədən gələn insan ən azından 5 kilo almalıdır ki gədiyi yola dəysin. Artıq qiymətlər baha oldugu üçün bu mümkün deyil".
 
FED.az, Bakı-İstanbul-Bakı

Digər xəbərlər

Banner