“Gürcüstan ərazisindən istənilən ölkə tərəfindən hərbi məqsədlərlə yüklərin tranziti üçün istifadəyə qadağa qoyulub”.
Eləcə də bax: "Ermənistana məxsus təyyarəni Türkiyə vurub" xəbərinə - REAKSİYA
FED.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədri İrakli Sesiaşvili bildirib.
O deyib ki, Gürcüstanın qonşuları bunu bilir və bu yanaşmaya anlayışla yanaşırlar.
Komitə sədrinin sözlərinə görə, Gürcüstan münaqişə ilə bağlı məlum səbəblərə görə bir növ bitərəf mövqe tutur: “Çünki həm Azərbaycan, həm də Ermənistanla olduqca yaxşı qonşuluq münasibətlərimiz var. Biz hazırkı vəziyyəti təhlil edirik, prosesi müşahidə edirik və bütün ssenarilərə hazırıq”.
“Report”