Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofya məscidində ilk namazdan əvvəl aparılan işlərlə tanış olub.
FED.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi xəbər verib.
Qeyd edək ki, Türkiyə Dövlət Şurası iyulun 10-da ölkə hökumətinin Aya Sofya muzeyinin statusuna dair 24 noyabr 1934-cü il tarixli qərarını ləğv edib. Türkiyə Dövlət Şurası Aya Sofya Sultan Mehmet Xan Fondunun balansında olduğunu və məscid kimi istifadə oluna biləcəyini qərara alıb. Uzun illərdən sonra məsciddə ilk namaz iyulun 24-də qılınacaq.