Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Prezident İqamətgahında Nazirlər Kabinetinin toplantısı baş tutacaq.
FED.az xəbər verir ki, tədbirdə koronavirusla mübarizə, eləcə də Şimali Kiprə rəhbər seçilən Ersin Tatar barədə müzakirə aparılacaq. İclasın əsas mövzularından biri Azərbaycanın işğalçı Ermənistanın təxribatlarına məruz qalması və ölkəmizə göstərilən dəstək barədə danışılacaq.
Toplantıdan sonra R.T.Ərdoğan çıxış edəcək. (Qafqazinfo)