İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib.
“Aramco” rəhbəri: "Hörmüz boğazının bağlanması dünya neft bazarı üçün fəlakətli ola bilər"
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb.
“Hörmüz boğazı ya hamı üçün sülh və inkişaf boğazı, ya da müharibəni qızışdıranlar üçün məğlubiyyət və əzab boğazı olacaq”, - Laricani xəbərdarlıq edib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranı Hörmüz boğazı ilə bağlı təhdid edib. (Apa)











